Müharibəni dayandırmaq üçün ABŞ Zelenskiyə təzyiq edir? – Putin 2 həftəyə

 

“ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatından da öyərəndik ki, yaxın saatlarda istənilən an Vladimir Putin səfərbərlik elan edə bilər”.

Bunu açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, səfərbərlik elan edilmiş olsa belə, bu da Kreml üçün çıxış yolu olmayacaq:

“Bu addım atılarsa, demək ki, Rusiyanın bir addım geri çəkilmək, işğal etdiyi əraziləri boşaltmaq yox, əksinə bütün Ukraynanı işğal etmək fikri var. Amma Putin və komandasının qlobal dəyişikliklərlə bağlı real təsəvvürü yoxdur və buna görə də Kreml başa düşə bilmir ki, bu gün sivil dünya Rusiyanın Ukrayna üzərində qələbə qazanmasına imkan verməyəcək.

Rusiya həm hərbi-siyasi, həm də sosial-iqtisadi baxımdan idarəolunmazlıq mərhələsinə qədəm qoyub. Dövlətin dağılması mexanizmi işə düşüb. İndiki məqamda müharibə Kreml üçün xilasdır, amma artıq o da gecdir.

Tramp administrasiyasının müdafiə nazirinin müşaviri olmuş polkovnik Duqlas Makqreqorun “Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının uğurlu hücumu nəticəsində ağır vəziyyətə düşüb” açıqlaması isə olduqca uğursuzdur. Çünki bu tip açıqlamalar Tramp komandasının təxribat xarakterli bəyanatlarından başqa bir şey deyil.

2023-cü il fevralın 5-6-da Pekində ABŞ və Çin xarici işlər nazirlərinin görüşü olacaq. Çinli nazir bu yaxınlarda ABŞ-da səfərdə olub. Əminəm ki, bu səfərdən sonra Rusiya müharibəyə son qoymağa başlayacaq, ya da “Rusiya” layihəsi tamamilə bağlanacaq, Kreml beləcə “qürub” edəcək”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password