Gürcüstanlı bloger: “Laçın yolunda hərəkətin qarşısının alındığını görmədim, yol açıqdır”

 

“Neçə vaxtdır buradayam. Maşınların hərəkətinə icazə verilir. Hələ ki, hərəkətin qarşısının alındığını görməmişəm”.

Bunu gürcüstanlı bloger Tamuna Mumladze deyib.

O bildirib ki, azərbaycanlı ekofəalların etirazları haqlıdır.

“Dünyada heç kim ekologiyanın pisləşməsini, ona ziyan dəyməsini istəmir. Ümumiyyətlə, nəinki mən, bütün dünya ekoloji terrora qarşıdır”, – T.Mumladze söyləyib.

Qeyd edək ki, T.Mumladze Xankəndi-Laçın yolunda aksiyanı işıqlandırmaq üçün Gürcüstandan Azərbaycana gəlib. O, yanvarın 18-də Şuşaya gedib və aksiyanın gedişatını izləyib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 37 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password