Bakının tələbləri: Araik “icra etməyəcəyik” deyir…

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, bir neçə gün əvvəl Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələri arasında görüş keçirilib. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub. Lavrov yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü bildirib.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bizi Lavrovun nə düşündüyü yox, Lavrovu Bakının nə düşündüyü maraqlandırmalıdır:

“Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının lideri Araik Arutyunyan tərəfdarlarına belə izah edib:

1. Ruben Vardanyan Qarabağı tərk etməlidir;

2. Separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar;

3. Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır;

4. Separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır.

Araik Arutyunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcək. Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: “Rəsmi Bakının tələblərini yerinə yetirsək belə, dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”.

Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra Azərbaycandan başqa tələblər irəli sürüləcək”. /axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password