Bakının razılığı olmadan göndərilərsə… – Lavrov

 

Ermənistanla müttəfiq olmağımıza və bizim missiyamız tam hazır olmasına baxmayaraq, İrəvan AB ilə danışıqlara üstünlük verir. Və onların Azərbaycanla sərhəddə uzunmüddətli əsasda mülki müşahidəçilər missiyasının yerləşməsini istəyir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyi təmin etmək üçün KTMT missiyasının yaradılmasının zəruriliyini bildirdilər. Və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı belə bir sənədi razılaşdırdıq. Amma bunu qəbul etmək mümkün olmadı, çünki erməni həmkarlar bu sənəddə Azərbaycanın sərt şəkildə pislənməsini israr etməyə başladılar. İzah etdik ki, əgər söhbət qınaqdan, ritorikadan, mövqelərin təqdim olunmasından gedirsə, burada hər kəs istədiyini etməkdə azaddır. Amma əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, bəzi bəyanatlar və daha çox sərt ifadələr vermək lazım deyil. Biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq. Müttəfiq olmağımıza və bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi AB ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan işə salınarsa, əks nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə əlavə qıcıq yarada bilər”, – Lavrov bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password