Avropada benzini kim neçəyə alır? – QİYMƏTLƏR

 

“Forummapping” cari ilin yanvarın 9-na Avropa ölkələrində benzinin qiyməti ilə bağlı infoqrafika hazırlayıb. Məlum olub ki, ən ucuz benzin Rusiya və Belarusdadır. Bu ölkələrdə benzinin bir litrinin qiyməti müvafiq olaraq 0,71 və 0,91 dollardır (təqribən 1,20 – 1,54 manat).

Türkiyə və Moldovada qiymətlər artıq 1 dolları keçir: 1,03 və 1,24 (1,75 – 2,10 manat).

Ukrayna, Rumıniya, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya və Kiprdə benzinin bir litrinin qiyməti 1,31-1,47 dollar (2,22 – 2,49 manat) arası dəyişir.

Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Avstriya, Macarıstan, Xorvatiya, Serbiya, Albaniya, Monteneqro, Lüksemburq, İrlandiya, İspaniyada benzinin litri 1,50 -1,72 dollar (2,55 – 2,92 manat) dəyərindədir.

Böyük Britaniya, İsveç, Portuqaliya, Estoniya, Fransa, Belçika, Niderland, Almaniya, İsveçrə, İtaliya, Yunanıstanda bu göstərici 1,78 -1,99 dollardır (3,02 – 3,38 manat).

İslandiya,Norveç,Finlandiya,Danimarkada isə qiymətlər 2,02-2,23 dollar (3,43 – 3,79 manat) arasında dəyişir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password