Rusiya TV kanalında Ermənistan müzakirəsi: “Biz olmasaq sizi…”

 

“Ermənistan anti-Rusiya vektoru ilə hərəkətini xeyli sürətləndirib, görünür, Rusiyanın yerinə Qərb qüvvələrinin gələcəyinə ümid edir”.

Bu barədə Rusiyada fəaliyyət göstərən tsargrad.tv-də yayımlanan məqalədə bildirilib.

Məqalədə ABŞ və Avropa Birliyinin öz sülhməramlı kontingentini regiona göndərməyə həvəs göstərmədiyi iddia olunub. Mənbəyə görə, Rusiya olmasa, Ermənistanın güclü Azərbaycan-Türkiyə “hərbi maşın”ı ilə üz-üzə gəlmək riski var.

“Ermənistanın siyasi elitasının nümayəndələri son zamanlar öz ifadələrindən çəkinmirlər. Hakim elitadan getdikcə daha açıq şəkildə anti-Rusiya xarakteri daşıyan bəyanatlar eşidilir. Bu gün başlamayıb, amma bu gözlənilən idi. 2018-ci ilin “məxməri inqilab”ından əvvəl Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT və Avrasiya Birliyindən çıxmasını fəal şəkildə müdafiə edən “Yelk” parlament fraksiyasının rəhbəri olub”, – kanal bildirib.

Məqalədə qeyd olunub ki, Paşinyanın Rusiyaya və Qarabağdakı rus sülhməramlılarına qarşı indiki hücumları onun uzun illərdir üzərində getdiyi xəttin təbii davamıdır:

“Ermənistanın baş nazirinin yanvarın 10-da mətbuat konfransı zamanı verdiyi bəyanatı bu siyasətin apoteozu oldu. Bu o qədər kinli idi ki, hətta amerikalılar da təəccübləndilər. Paşinyan bildirib ki, Moskvanın Ermənistandakı hərbi mövcudluğu İrəvan üçün təhlükə yarada bilər.

Rusiya Xarici İşlər Nazirliyi buna reaksiya verib. Mariya Zaxarova erməni “macəraçı”ları qarşısında çıxış edərək, onları Rusiya hərbçiləri getsə, əhalinin taleyinin necə olacağı barədə düşünməyə çağırıb.

Paşinyan mətbuat konfransı zamanı onu da söyləyib ki, üçtərəfli bəyanatda qeyd olunan öhdəliklər Rusiyanın sülhməramlı kontingenti tərəfindən yerinə yetirilmir. Yəni demək istəyib ki, Rusiya tərəfi öz funksiyalarının öhdəsindən gəlmir və ona görə də BMT-nin beynəlxalq qüvvələri Qarabağa göndərilməlidir. Amma indi Rusiyadan başqa heç kim bu yükü öz üzərinə götürmək istəmir.

İrəvandan 9500 km aralıda yerləşən Vaşinqton üçün region yalnız İran və Rusiya ilə qarşıdurma baxımından önəmlidir. Amerika Xarici Əlaqələr Şurasının analitikləri Ermənistan-Azərbaycan münaqişəsinin ABŞ maraqları üçün son dərəcə aşağı əhəmiyyət kəsb etdiyini deyirlər. Kiyev prioritet olaraq qalır və sonuncu Ukraynaya qədər Amerika maraqları uğrunda mübarizə aparmağa hazırdır. Və bu məqsədlər üçün Konqres pul əsirgəmir.

“Ermənilərin ən yaxşı dostları” olan fransızların da kifayət qədər öz qayğıları var. Əks halda Makron Paris üçün saxlanması çox baha başa gələn ordusunu Mərkəzi Afrika Respublikasından çıxarmazdı”.

Bütün bunlarla yanaşı, məqalədə Azərbaycan əleyhinə təxribatçı və iftira dolu ifadələrə də yer verilib./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password