“Onillərlə Qarabağda qalmalıdırlar”-Vardanyan həddini aşdı

 

Separatçı Ruben Vardanyan Qarabağın dağlıq hissəsindəki Rusiya sülhməramlılarını tənqid edən Ermənistan Baş naziri Nikol Paşinyana cavab verib.

Vardanyan Ermənistan baş nazirini Azərbaycanın maraqlarına xidmət etməkdə də ittiham edib.

“Rusiya sülhməramlılarının pis iş görməsinə dair tənqid və şayiələr heç nəyə gətirib çıxarmayacaq, çünki bununla biz ancaq Rusiya sülhməramlılarını geri çəkmək arzusunda olan Azərbaycana kömək edəcəyik”, – separatçı bildirib.

Çıxışında hədsizliyini davam etdirən Vardanyan belə bir sərsəm təklif də irəli sürüb:

 

“Biz bu arzunun gerçəkləşməsinə imkan verə bilmərik. Sülhməramlılar burada qalmalı və onilliklər boyu qalaraq regionda təhlükəsizliyi təmin etməlidirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password