İrakli Qaribaşvili: “Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçiliyi davam etdirməyə hazırdır”

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İrəvanda Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşündə ölkənin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında vasitəçi rolunu oynamağa davam etməyə hazır olduğunu təsdiqləyib.

Bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

“Müzakirələr regionda və dünyada təhlükəsizlik sahəsinə və çağırışlara yönəlib. Baş nazir regionda sülhün və sabitliyin təmin edilməsi üçün qonşu ölkələr arasında vasitəçi rolunu oynamağa davam etməyə hazır olduğunu bildirib”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, Gürcüstan daha əvvəl Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında vasitəçi kimi çıxış edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password