İsrail Prezidenti Türkiyə səfirinin etimadnaməsini qəbul edib

 

İsrail Prezidenti İsaak Herzoq Türkiyə səfiri Şakir Özkan Torunların etimadnaməsini qəbul edib.

Bunu dövlət başçısı tviterdə yazıb.

İ.Herzoq iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və tarixi əlaqələri inkişaf etdirmək istiqamətindəki fəaliyyətində diplomata uğurlar arzulayıb:

“İsrailə xoş gəlmişsiniz, Türkiyə səfiri Şakir Özkan Torunlar! Ötən il Ankaraya rəsmi səfərim zamanı İsrailin himnini eşitdiyim kimi, Prezident İqamətgahında Türkiyənin himnini eşitməkdən çox təsirləndiyinizə inanıram”, – İsrail Prezidenti bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password