Dövlət Departamenti sənədlərində Türkiyənin adının dəyişdirilməsini təsdiqləyib

 

ABŞ Dövlət Departamenti rəsmi sənədlərində Türkiyənin respublikanın adının türk fonetik normalarına uyğun yazılması üçün dəyişdirilməsi ilə bağlı rəsmi müraciətini təmin edib.

Bu barədə xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə deyib.

Belə ki, Dövlət Departamenti ənənəvi ingiliscə “Turkey” ([Tö:ki] kimi oxunur) adı yerinə bundan sonra bütün rəsmi sənədlərdə “Türkiye” sözündən istifadə edəcək.

“Təsdiq edə bilərəm ki, Türkiyə səfirliyi rəsmi sənədlərimizdə bu yazılışdan istifadə etməyimizə sorğu göndərib”, – Prays bildirib. Onun sözlərinə görə, dəyişiklik ABŞ federal hökumətinin yer adlarının yazılışının standartlaşdırılmasına cavabdeh olan səlahiyyətli orqanı tərəfindən təsdiqlənib:

“Bu (qərar – red.), bu səhər yekun təsdiqini tapdı və bu səhər praktikada gerçəkləşdi”.

Cümə axşamı səhər Dövlət Departamentinin Türkiyədə iki şirkətə və dörd şəxsə İŞİD terror qruplaşması ilə əlaqələri səbəbi ilə sanksiya tətbiq etdiyi məlumatında yeni yazılış istifadə edilib.

“Dövlət Departamenti bu gün gördüyünüz yazılışdan əksər rəsmi diplomatik kontekstlərdə və ikitərəfli kommunikasiyalarda, o cümlədən ictimai elanlarda istifadə edəcək, lakin adət etdiyimiz ad (“Turkey” – red.) geniş ictimaiyyət arasında daha yaxşı anlaşmaya yol açarsa, işlənə bilər”.

Qeyd edək ki, Türkiyə bir neçə ildir ki, ölkənin brend kimi tanınmasına maksimum nail olmaq üçün öz imicini və məhsullarını dünya bazarında fəal şəkildə təbliğ edir. Ölkə “Türk malı” (və ya “Made in Türkiye”) brendini dünyada fəal şəkildə tanıtmaqda davam edir.

2022-ci ilin iyununda BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, Təşkilat Türkiyənin xarici dildə olan bütün rəsmi sənədlərdə respublikanın adının türk fonetik normalarına uyğun dəyişdirilməsi ilə bağlı rəsmi sorğusunu təmin edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password