ABŞ Cənubi Qafqazdan geri çəkilir? – “Heç bir perspektiv görmür”

 

“ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin istefası erməniləri məyus edib”.

Bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı vasitəçili səylərinə diqqət çəkib:

“Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi yoxdur. Bəlkə hardasa yolun əvvəlində oldu, amma elə oradaca öldü. Vasitəçiliyi Moskva, Vaşinqton və Brüssel edir. Sonuncu da, deyəsən, çoxdan ölüb – Fransa-Ermənistan bacılarının sayəsində. Yeri gəlmişkən, Brüsselin səylərinin Toivo Klaarın adi səfərlərinə qədər azaldılması təkcə Moskvanın deyil, Vaşinqtonun da işinə yarayır.

Bir filmin məşhur personajının dediyi kimi: “Bizə dəmirçi lazımdır? Bizə dəmirçi lazım deyil”.

Vaşinqtonun Brüsselə və ya Makrona nə ehtiyacı var?!

Filip Rikerə gəlincə, qonşu ekspertlər (ermənilər) onun gedişindən sızıldamağa başlayıblar. Amerika vasitəçilikdə heç bir perspektiv görmür və s. Bunun səbəblərinə varmadan, deyək ki, dəhşətli heç nə baş vermir. İyerarxiyada ən önəmli və ən nüfuzlu olmayan daha bir diplomat dəyişib. Tezliklə başqası ilə əvəz olunacaq.

Kimsə də deyə bilər ki, Rikerin vəzifəsi nəhayət Azərbaycan və Ermənistanı sınamaq və öz patronlarına “Nobel” mükafatı qazandırmaq idi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password