“Vardanyan danışıqlar prosesini çox mürəkkəbləşdirib”
“Düşünürəm ki, İlham Əliyev yeni tammiqyaslı münaqişədə maraqlı deyil”.
Bunu “Azadlıq” radiosunun erməni xidmətinə Carnegie Fondunun aparıcı analitiki, Qarabağ münaqişəsi üzrə tanınmış ekspert Tomas de Vaal deyib. Tomas de Vaal hələ sentyabrda demişdi ki, Azərbaycan prezidenti İlham Əliyevin məqsədi Ermənistanı, Qarabağ iddialarından əl çəkməsi və Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi şərtilə sülh müqaviləsini imzalamağa məcbur etməkdir.
O bu müsahibəsində vəziyyətin daha mürəkkəb olduğunu vurğulayıb: “Əlbəttə, indi orda baş verənlər çox ciddi hadisələrdir və mən qorxuram ki, 2023 çox gərgin, ağır il olsun. Mən ümid edirəm ki, yeni münaqişə olmayacaq, amma nə qədər ki, ciddi danışıqlar getmir, 2020-ci ilin noyabr bəyanatı faktiki olaraq yerinə yetirilmir və bu razılaşmanın əsas şərtlərindən biri olan Laçın dəhlizində tranzit yoxdur orada hazırda yeni münaqişənin simptomları mövcuddur”.
Ekspert ümid etdiyini bildirib ki, Brüsseldə danışıqların daha bir raundu keçiriləcək:
“Mən düşünmürəm ki, münaqişə olacaq. Olsa da onun miqyası bizim 2020-ci ildə gördüyümüz müharibədən kiçik olacaq. Və mən düşünmürəm ki, Əliyev yeni tammiqyaslı münaqişədə maraqlı olsun. Yəqin ki, o, istədiklərini danışıqlarda ala bilməsə, Ermənistan tərəfinin üzərinə təzyiqlər edəcək”.
Azatuyunun “niyə Rusiya vəziyyətə müdaxilə etmir” sualına Tomas de Vaal belə cavab verib:
“Bu çox əsaslı sualdır. Mənim bu suala cavabım yoxdur. Əlbəttə, daha çox ümumi bir səbəb ola bilər: Rusiyanın bütün hərbi, iqtisadi və siyasi resursları Ukraynaya yönəldilib. Əlbəttə, sülhməramlı missiya Qarabağda qalsa da, o elə də güclü deyil, bir il bundan əvvəl olduğu qədər peşəkar da deyil. Səbəblərdən biri də budur ki, Moskva uzun illərdir həm Bakının , həm də Yerevanın dəstəyinə və onlarla yaxşı münasibətlərə ümid edib. İkinci bir faktor budur ki, onlar Azərbaycanı qıcıqlandırmaq istəmirlər”.
Ekspert Ermənistan üzərinə edilən təzyiqlərin Moskva tərəfindən dəstəkləndiyinə dair bəyanatlara inanmadığını bildirib:
Tomas de Vaalın fikrincə Vardanyan daha nüfuzlu fiqurdur, halbuki Bakı yerli ermənilərlə dil tapa biləcəyinə ümid edirdi.
Ekspertin fikrincə yaranmış vəziyyətdə Avropa İttifaqı ən neytral və nüfuzlu vasitəçi ola bilər, çünki həm Bakı, həm də Yerevanın ona etimadı var:
“Bütün hallarda əsas diplomatik oyunçular Bakı və Yerevandır və Avropa İttifaqı ümumilikdə bu prosesə nə qədər çox cəlb olunsa, bir o qədər yaxşıdır. Buna ümid var ki, Avropa İttifaqının sərhəd missiyası bu il bərpa olunacaq və bu il Şarl Mişelin himayəsi altında Əliyev və Paşinyan arasında danışıqların yeni raundu olacaq. Mən sadəcə olaraq başqa variant görmürəm və düşünürəm ki, bu vasitəçiliklə dinc yolla çox şeyin əldə olunacağını Bakıda və Yerevanda başa düşürlər”./milli.az