Tarixi görüşdən əvvəl panika: “Türkiyə ilə birlikdə bitirmək istəyirlər”
On bir ildən sonra Rusiyanın vasitəçiliyi ilə Türkiyə və Suriya müdafiə nazirləri səviyyəsində Moskvada keçirilən görüşün əks-sədaları davam edir.
Prezident Rəcəb Tayyib Ərdoğan liderlər səviyyəsində görüşlərin keçirilə biləcəyini deyərək, əlaqələrin daha yüksək səviyyədə davam edəcəyi mesajını verib.
Suriyanın şimalında terror xətti qurmağı hədəfləyən PKK/YPG terror təşkilatı Ankara-Dəməşq danışıqlarından xeyli narahat olub.
PKK/KCK terror təşkilatının liderlərindən biri Bese Hozat Türkiyə və Suriyanın onları bitirməyə çalışdıqlarını iddia edib:
“İndi bəziləri deyir ki, Türkiyə seçkilərə görə Dəməşqlə danışıqlar aparır. Bunun bir taktika olduğunu deyənlər də var. Vallah, bu, taktika deyil. Türkiyə Suriya siyasətini dəyişdi. Rejimlə razılaşaraq və anlaşaraq, Suriyanın şimal-şərqindəki muxtariyyəti aradan qaldırmağı hədəfə alıb”.
Türkiyə-Suriya yaxınlaşması PKK-dan başqa, ABŞ-ı da narahat edir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Bəşər Əsəd rejiminə qarşı siyasətin dəyişmədiyini və ölkələrin onunla münasibətlərini yaxşılaşdırmasını dəstəkləmədiklərini bildirib.