“Şarli Ebdo”nun Parisdən aldığı tapşırıqla yazdığı “ağ yalan”

 

Fransanın “Şarli Ebdo” jurnalında Azərbaycanın əleyhinə qərəzli yazı dərc olunub.

Yazıda qeyd edilib ki, guya Azərbaycan Ukrayna müharibəsindən istifadə edərək, Ermənistana və Qarabağda yaşayan ermənilərə təhlükə yaradır. Bu səbəbdən, ermənilər üçün səfərbər olmaq lazımdır, yoxsa Ermənistan və Qarabağ yer üzündən silinəcək.

Həmçinin yazıda Ermənistan və Qarabağ Azərbaycanla Türkiyəni Mərkəzi Asiya ilə birləşdirəcək geosiyası planın üzərindəki maneə adlandırılıb.

Məqalədən aydın olur ki, fransız jurnalının Cənubi Qafqazdakı proseslərə münasibəti rəsmi Parisin mövqeyindən heç də fərqlənmir.

Bəs, əslində Azərbaycanla-Ermənistan arasında nə baş verir? Proseslər “Şarli Ebdo”nun yazdığı kimi cərəyan edir?

– Müəllif yazıda iddia edir ki, Azərbaycan Ukrayna müharibəsindən istifadə edərək, Ermənistanı sıxışdırır. Bu məqam kökündən yalnışdır və görünür, müəllif bölgədə baş verənləri yaxından izləmir. Sadəcə Fransa hakimiyyətinin tapşırığını yerinə yetirir. Müəllif bilməli idi ki, Bakı və İrəvan arasında münasibətlər Ukrayna müharibəsindən əvvəl də gərgin olub. 30 ilə yaxın davam edən gərginliyin kökündə Ermənistanın Azərbaycana ərazi iddiaları dayanır. Azərbaycan isə məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasını istəyir. Rəsmi Bakı haqlı tərəfdir və hər hansı geosiyasi prosesdən istifadə etməyə ehtiyacı yoxdur. Hazırda Bakı bölgədə sülhün tərəfdarı olsa da, Ermənistan Azərbaycana ərazi iddiasını davam etdirməklə öz təhlükəsizliyini təhdid altında qoyur;

– Ofisi İrəvandan minlərlə kilometr uzaqlıqda olan fransız jurnalı Ermənistanın və Qarabağın yer üzündən silinəcəyindən narahatdır. Maraqlıdır, fransızları ermənilər üçün səfərbər olmağa çağıran “Şarli Ebdo” yazarı bu zamana qədər Azərbaycan şəhərlərində törədilən vandalizm aktları, yer üzündən silinən şəhərlərimizlə bağlı bir karikatura dərc edibmi? Təbii ki, xeyir. Çünki fransız jurnalı Parisin rəsmi mövqeyindən kənara çıxa bilməz;

– Yazıda Bakının Qarabağdakı ermənilərə “təhdid” yaratması ilə bağlı da fikirlər yer alıb. Əslində isə Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağdakı ermənilər ölkə vətəndaşlarıdır və onlar bütün hüquqlarla təmin olunacaqlar. Qarabağdakı ermənilərə Azərbaycan deyil, rəsmi Parisi qeyri-konservativ mövqeyi təhdid yaradır. Çünki Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlayıb, Qarabağdakı ermənilərin bütün hüquqlarını tanımağa yaxın olduğu məqamda, Paris prosesi pozmağa cəhd göstərir. Bu isə İrəvanı və Qarabağdakı separatçıları yeni təxribatlara ruhlandırır. Gərginliyin artması isə Qarabağdakı dinc ermənilərin gələcəyini sual altında qoyur, onların həyat şəraitini çətinləşdirir;

– “Şarli Ebdo” Ermənistanın və Qarabağın Azərbaycanla Türkiyəni Mərkəzi Asiya ilə birləşdirəcək geosiyası planın üzərindəki maneə olduğunu iddia edir. Düzdür, müəllif bu məsələyə qərəzli yanaşır. Amma istəmədən, dolayı yolla Ermənistanın bölgədə inşası planlaşdırılan layihələrə maneə olduğunu etiraf edir. Həqiqətən də, Cənubi Qafqazda planlaşdırılan qlobal iqtisadi layihələrin icrasına bir nömrəli maneə Ermənistan və onun Qarabağ ətrafında qurduğu oyunlardır. 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatda açıq şəkildə göstərilib ki, Ermənistan Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır. Rəsmi İrəvan üzərinə öhtəlik götürsə də, artıq 2 ildir prosesi ləngidir, heç bir addım atmır. Bu isə həm Azərbaycanla Türkiyəni Mərkəzi Asiya ilə, həm də ölkənin Qərb rayonlarını Naxçıvanla birlədirəcək yolun açılmasına manə törədir.

Göründüyü kimi, fransız jurnalı Parisin Bakıya qərəzli münasibətindən “ilhamlanaraq”, belə bir sərsəm iddialarla dolu məqamə dərc edib. Təbii ki, “Şarli Ebdo” jurnalında dərc olunan yazını Fransanın rəsmi mövqeyi kimi dəyərləndirmək olar. Paris bölgədəki proseslərə yalnız öz maraqları və mənfəətləri çərçivəsində yanaşır, digər tərəflərin haqlı mövqeyini isə nəzərə almır.

Yaxın günlərdə Fransa hakimiyyətinin birbaşa rəhbərliyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Laçın yolunda baş verənlərlə bağlı qaldırılan əsassız iddialar da buna bariz nümunədir.

Görünür, Azərbaycanın diplomatik manevrləri qarşısında məğlubiyyətə düçar olan Paris, artıq “Şarli Ebdo” kimi qərəzli media orqanlarının dili ilə danışmağa üstünlük verir.

Hadisələrin gedişi isə göstərir ki, rəsmi Bakı üçün nə Fransa hakimiyyətinin, nə də “Şarli Ebdo” kimi sifarişlə yazı yazan media orqanlarının möqeyi maraqlı deyil. Azərbaycan bütün addımlarını beynəlxalq hüquq normalarına və 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq atır. Bu səbəbdən, rəsmi Bakı həm Qarabağla, həm də Zəngəzur dəhlizi ilə bağlı qarşısına qoyduğu məqsədlərə yaxın gələcəkdə nail olacaq./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password