Qarabağ erməniləri bu şərti qəbul etməlidir

 

Ermənistan zavallı və özünə yeni bir sahib axtarışında olan dövlətdir. Biz Ermənistana şans verdik, müstəqil dövlət olmasını istədik. Amma yenə də gah diaspor, gah kilsə, gah da Fransanın Ermənistanı təsir altında saxladığını görürük.

Bu sözləri Ermənistan XİN-in Xankəndi yolundakı mitinqlə bağlı yaydığı bəyanat haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi və Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç deyib.

Diplomat Fransanın BMT-də üzləşdiyi rüsvayçı məğlubiyyətin Ermənistanı da gözlədiyini bildirib:

“Ermənistan XİN-in yaydığı bəyanat tamamilə yalandır. Yalan ilk özünü Qarabağda yaşayan ermənilərin sayında büruzə verir. Guya 120 min erməninin yaşadığını deyirlər, amma real sayın beş-altı dəfə az olduğunu hamı bilir. Osmanlının da 1,5 milyon erməniyə “soyqırım” etdiyini deyirlər. Yəni metod eyni metoddur. Digər tərəfdən, Ermənistanın böyük bacısı Fransanın yenə bölgədəki vəziyyəti gərginləşdirmək cəhdlərini aydın şəkildə görürük. Həmsədr olduğu zaman 30 il vaxtımızı alan Fransa indi də Ermənistana yardım bəhanəsi ilə sülh prosesini baltalayır. Türkiyə dövləti ekofəalların Xankəndi yolundakı etiraz aksiyasını və qardaş Azərbaycanın bu məsələdə haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir. İndi Qarabağda bir ekoloji terror aktı törədilir və Azərbaycan da öz ərazisində göz görə-görə bunun davamına imkan verməyəcək. Qarabağ beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisidir və oradakı ermənilər mütləq şəkildə Bakının vətəndaşlıq şərtini qəbul etməlidir. Yox əgər istəməsələr, Qarabağı tərk edə bilərlər”.

Kılıç rus sülhməramlıların öz vəzifələrini yerinə yetirməli olduğunu qeyd edib:

“Rus sülhməramlılara gəldikdə isə bildirmək istəyirəm ki, onların vəzifəsi toqquşmanın qarşısını almaq və 10 noyabr Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdir. Azərbaycan rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq məqsədilə müraciətlər ünvanlayıb, sonuncu dəfə dekabrın birinci ongünlüyündə məsələni danışıqlar yolu ilə həll etməyə cəhd göstərib. Lakin Ermənistan bu müraciətlərə məhəl qoymayıb, aidiyyəti qurumların əraziyə girişinə maneçilik törədib və qanunsuz əməlləri davam etdirməyə çalışıb. Xankəndi yolunda 25 gündür davam edən mitinqin də səbəbi budur. Rus sülhməramlıların buna mane olmağa nə haqqı, nə də səlahiyyəti var. Əgər sülhməramlıdırlarsa, gedib öz işlərini görsünlər, oradakı əhalidən silahı yığsınlar, erməni terrorçuları Qarabağdan çıxarsınlar və separatçı tör-töküntülərinə qol-qanad verməsinlər. Rəsmi Moskva da İrəvanın həmlələrinin həm də ona qarşı olduğunu unutmamalıdır”.

Diplomat Türkiyənin bütün beynəlxalq təzyiqlər qarşısında Azərbaycanın yanında olacağını vurğulayıb:

“Ekofəalların aksiyası çox önəmlidir və gənclərin milli şüura malik olduğunun ən önəmli sübutudur. Ermənistan guya orada əhalinin qıtlıq çəkdiyini, yolun bağlı olduğunu beynəlxalq aləmə car çəkir. Lakin hər gün o yoldan keçən Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının hamısının qeydiyyatı və görüntüləri, fotoları var. Ona görə Ermənistanın etdiyi cəhdlər mənasızdır. Yenidən qan axmasını istəyən və bölgə ilə bağlı xam xəyallara qapılan Fransa və başqaları da Türkiyənin heç vaxt Azərbaycanı yalnız qoymayacağını unutmamalıdır”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password