Ukraynanın azad edilmiş şəhər və kəndlərinin sayı açıqlanıb


“Müharibə başlayandan Ukraynanın 1 800-dən çox şəhər və kəndini işğalçılardan azad edə bildik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Ukraynaya dəstək verən ölkələrə təşəkkür edib və ölkə ordusunun bu silahlar sayəsində uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyini bildirib.

Onun sözlərinə görə, müharibənin başladığı 24 fevraldan bu günə kimi Rusiya tərəfi ilə əsir mübadiləsi nəticəsində Ukraynanın 1 456 hərbçisi əsirlikdən azad edilib: “Biz ərazi bütövlüyümüzü bərpa etməli olduğumuz kimi, sosial müdafiəni də bərpa etməliyik”.

Ukraynanın da silah istehsal etmək imkanlarına sahib olduğunu, bəzi silahlar istehsal etdiyini və yenicə istehsal etməyə başladığını bildirən Zelenski “Ukraynanın silah markalarının bütün dünyanın diqqətini çəkəcəyi gələcəyə əmin ola bilərsiniz” deyib.

Zelenski vurğulayıb ki, Ukrayna xalqı çoxdan arzuladığı qələbəyə doğru irəliləməkdə davam edir.

Dövlət başçısı Avropa İttifaqı (Aİ) ölkələrinin bu gün Rusiyaya qarşı Ukraynaya silah dəstəyi verdiyini önə çəkib: “Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı bu cür genişmiqyaslı hücumlara qarşı müdafiə yardımı edir”.

Aİ-nin bu il ölkəsinə “namizəd ölkə” statusu verdiyini xatırladan Zelenski, “Ukrayna artıq bu statusa layiqdir” deyib. Ölkəsinin Aİ-yə üzv olması lazım olduğunu vurğulayan Zelenski, “Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağın vaxtıdır”, – vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password