Rusiyadan Ermənistana tələb: “Bu saxtakarlığı sübut edin”

 

“Belə açıqlamalar verərkən konkret olaraq ölkə adı çəkirlərsə, onda faktları təqdim edin”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Ermənistanı Azərbaycana dəhliz verməyə və “İttifaq Dövləti”nə qoşulmağa məcbur etməsi barədə açıqlamasını şərh edərkən deyib.

Rusiya rəsmisi Qriqoryandan ittihamlarına dair fakt tələb edib:

“Bu haqda danışarkən kimləri nəzərdə tuturlar, hansı faktlara istinad edirlər? Məcburiyyətin necə baş verməsi ilə bağlı faktlar varmı? Səmimi şəraitdə, bir qədəh qırmızı şərabın müşayiəti ilə, yoxsa daha sərt olub? Necə məcbur etdilər? Bunun necə baş verdiyini anlamaq lazımdır, elə deyilmi? Yoxsa durduğu yerdə ayağa qalxıb dedi ki, məni məcbur edirlər.

Başa düşürsünüz ki, heç olmasa bəzi faktlar olmalıdır? Əgər belə açıqlamalar verirlərsə, üstəlik, konkret olaraq ölkənin adını çəkirlərsə, birbaşa həmin ölkəni ittiham edirlərsə, onda zəhmət olmasa, bunu faktlarla təsdiqləyin. Həmin faktları göstərin. O zaman Rusiya prezidentinin sözçüsünün dediklərinə əlavə olaraq deyəcəyik ki, Rusiya rəsmilərindən heç biri heç vaxt belə bir söz deməyib. Ermənistanın ittifaq dövlətinə qoşulmasını nəzərdə tuturam. Bütün bu cür ifadələr qiymətləndirilib.

Yeri gəlmişkən, eyni sözləri guya İrəvandan onun nəzarətində olmayan Ermənistan ərazisindən müəyyən dəhliz tələb etdiyimiz iddiası haqqında da demək olar. Bu saxtadır, biz də bu haqda dəfələrlə danışmışıq.

Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2021-ci il 11 yanvar tarixili bəyanatına görə, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində kommunikasiyaların açılmasının müxtəlif yolları, o cümlədən Ermənistanın cənubunda dəmir yolu xəttinin bərpası müzakirə olunur. Nə İrəvanın, nə də Bakının mübahisə etdiyi bu işin prinsiplərindən biri odur ki, marşrutların suverenliyi onun ərazisindən keçdiyi ölkəyə məxsusdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password