On bir il sonra ilk: Moskvada anlaşdılar, Akar elan etdi – “Tezliklə…”

 

Tükiyə müdafiə naziri Hulusi Akar dünən Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidanla Rusiyanın paytaxtı Moskvaya səfər edib.

Akar və Fidan Vnukova hava limanından birbaşa Rusiya Müdafiə Nazirliyinə gedib.

Burada Akar və MİT rəhbəri Suriya müdafiə naziri Əli Mahmud Abbas və rusiyalı həmkarı Sergey Şoyqu, eləcə də bu iki ölkənin kəşfiyyat rəisləri ilə görüşüb.

İki saata yaxın davam edən görüşdən sonra Akardan vətənə dönməzdən əvvəl görüşlə bağlı açıqlama verib.

Nazir Türkiyənin fikir və mövqeyini çatdırdıqlarını, digər tərəfləri də dinlədiklərini bildirib:

“Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri də terrorla mübarizə oldu. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa məqsədimizin olmadığını vurğuladıq.

Suriyaya da təhlükə yaradan PKK/YPG, İŞİD kimi terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyi hədəflədiyimizi bildirdik. Ölkəmizin, millətimizin, sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün səy göstərdiyimizi söylədik. Bu araşdırmalar çərçivəsində Suriyadan Türkiyəyə daha çox köçün qarşısını almaq üçün səy göstərdiyimizi də bildirdik.

 

Suriya probleminin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində əhatəli və vahid şəkildə həll edilməsinin vacibliyini vurğuladıq. Bu mənada hesab edirik ki, qarşıdakı günlərdə həyata keçiriləcək işlər bölgədə və Suriyada sülh və sabitliyə ciddi töhfələr verə bilər”.

Akar üçtərəfli görüşlərin davamı ilə bağlı razılığa gəldiklərini açıqlayıb:

“Ümid edirik ki, bölgəyə sülh, əmin-amanlıq və sabitlik tezliklə gələcək. Bunun üçün indiyə qədər etdiyimiz kimi bundan sonra da üzərinə düşən vəzifələri yerinə yetirəcək, lazımi töhfələri verəcəyik”.

Qeyd edək ki, bu, 11 il sonra Türkiyə və Suriya arasında ilk rəsmi təmasdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password