İranda xalqlar birləşdi, müstəqillik bəyanatı yaydılar
İranda yaşayan müxtəlif xalqların təşkilatları bu ölkədəki etniklərin azadlıq mübarizəsi, davam edən etirazlar fonunda qarşıda duran hədəflərlə bağlı bəyanat yayıb.
Bəyanatın mətnini təqdim edirik:
İranın işğalçı rejimləri tərəfindən qeyri-fars millətlərin torpaqlarının yüz ilə yaxın işğalı dövründə bu xalqları məhv etmək üçün sistemli qırğınlarla yanaşı, müxtəlif assimilyasiya, repressiya, məcburi köç, coğrafi dəyişikliklər, demoqrafik dəyişikliklər və s. tətbiq edilib. Bu gedişlər xalqların müqavimətini darmadağın etməyə hesablanıb.
Etnik qrupların işğalçılara qarşı birliyini pozmaq üçün fars işğalçıların əsas siyasətlərindən biri də işğal olunmuş ərazilərdə coğrafi və etnik dəyişikliklərin aparılması olub.
Bütün amansız repressiyalara baxmayaraq, yüz ildən sonra bu xalqların qeyrətli övladlarının müstəqillik fəryadları regionda və dünyada böyük rezonans doğurdu.
Bu məqsədlə İranın işğalı altında olan xalqların işğaldan müstəqilliyə keçid platforması aşağıdakı müddəalarla təqdim olunur:
1. Biz aşağıda imzası olan təşkilatlar və partiyalar olaraq bəyan edirik ki, İranın işğalçı rejimi terrorizmin və onun regional və dünya səviyyəsində ixracının, işğalın, təcavüzün, repressiyanın, geriliyin və diktaturanın əsas səbəbkarıdır və biz – İranın işğalı altında olan xalqlar İranın işğalçı rejiminin cinayətlərinin ilk və əsas qurbanı olmuşuq. Onu özümüzə əsas düşmən hesab edir, rejimi devirmək və işğalçı qüvvələrin qoşunlarının torpaqlarımızdan tamamilə geri çəkilməsi üçün birlik və koordinasiya ilə mübarizə aparacağıq.
2. Bəyan edirik ki, İranın işğalçı rejimi devrildikdən və ya onun qüvvələri ərazimizdən çıxarıldıqdan sonra Tehran rejiminin işğalı altında olan xalqların öz milli hökumətlərini yaratmaq hüquqlarını tanımayan heç bir alternativi qəbul etməyəcək və bütün gücümüzlə buna qarşı mübarizə aparacağıq.
3. Biz bəyan edirik ki, regionun demokratikləşməsi mütləq İranın işğalı altında olan xalqların hüquqlarının tanınmasından asılıdır. Bu xalqların hüquqlarına məhəl qoymayan istənilən hərəkat antidemokratikdir və biz, İranın işğalı altında olan xalqlar, heç bir halda heç kimin, yaxud hər hansı bir qrupun övladlarımızın qanından istifadə edərək hakimiyyətə gəlməsinə, “İran”ın saxta ərazi bütövlüyü iddiası ilə xalqların müstəqilliyini pozmasına və İran adlı həbsxanada hökumətimizə diktatura tətbiq etməsinə icazə verməyəcəyik.
Ona görə də İranın işğalı altında olan xalqların hüquqlarını tam tanıyaraq, hökumətlərini formalaşdırmaqla diktatura və terrorizmdən demokratiyaya keçid lazımdır.
4. İranın işğalı altında olan xalqlara məxsus ərazilərdə milli qüvvələrə arxalanaraq hər cür xaosun qarşısını aldıq, demokratiya, qadın haqlarına, insan haqlarına, dini və məzhəbi haqlara, etnik haqlara və hər bir xalqa aid edilən milli coğrafi bölgədə ictimai təhlükəsizliyin eyni millətin qüvvələri tərəfindən təmin edilməsinə və dünyəvi hökumətin formalaşması ilə bu bölgələrdə müasirlik, sülh, sabitlik və demokratiyaya zəmanət veririk.
5. İşğalçı rejim müstəqillik əldə etdikləri halda bu xalqların bir-biri ilə ərazi iddiaları səbəbindən toqquşması və xalqlar arasında müharibənin başlanması ilə bu xalqların torpaqlarını yenidən işğal edib talaya bilsin deyə, əsarətdə olan xalqların təbii və tarixi coğrafiyasını dəyişdirərək, parçalanma və ixtilaf salıb, millətlərin torpaqlarını müxtəlif vilayətlərə bölmək, birləşdirmək və ya yeni vilayətlər yaratmaqla millətlərin sərhədlərini pozub. İranın işğalının məhsulu olan bu fərqlilikləri qəbul edərək, bəzi bölgələrdə sərhədlərin və hətta millətlərin tərkibinin ciddi şəkildə dəyişdiyini bilir, inanır və vurğulayırıq ki, xalqlar İranın işğalından müstəqil olduqdan sonra bu problemlər öz həllini tapmalıdır. Problemlər hökumətlər arasında milli səviyyədə danışıqlar vasitəsilə həll edilməlidir. Bu məsələdə biz belə bir razılığa gəldik ki, siyasi fikirlərdən uzaq, beynəlxalq assambleyaların nəzarəti altında tarixi elmi komitələr bu məsələlərin həlli üçün dinc yolla insan haqlarını müəyyən edib işləsinlər.
6. Bildiririk ki, bütün beynəlxalq, siyasi, iqtisadi, coğrafi və insan haqları qanunlarını, xüsusən də Birləşmiş Millətlər Təşkilatının müddəa və qətnamələrini tanıyır və bütün gücü ilə onların həyata keçirilməsinə çalışırıq.
7. Bildiririk ki, İranın işğalçı rejimi ilə digər hökumətlər arasında beynəlxalq standartlara tabe olan, milli təhlükəsizlik və müstəqilliyə xələl gətirməyən bütün ticarət sazişləri tanınacaq və həyata keçiriləcək.
8. Biz dinc mübarizə metodunu vurğulamaqla yanaşı, qanuni milli və insan hüquqlarımıza nail olmaq üçün bütün qanuni beynəlxalq üsullardan istifadə edirik.
9. Beynəlxalq təşkilatlardan, BMT Təhlükəsizlik Şurasından və dünyanın demokratik ölkələrindən, eləcə də İranın işğalı altında olan xalqların azadlıq və demokratiyaya çatmasını istəyən qonşulardan xahiş edirik ki, bu xalqların İranın işğal etdiyi ərazilərinin demokratikləşməsi, sülh, sabitlik və təhlükəsizlik uğrunda apardıqları mübarizəyə dəstək versinlər.
10. Biz bəyan edirik ki, irançıların bu xalqlardan hər hansı birinin işinə hər hansı bir hücumu, yaxud müdaxiləsi bütün bu xalqların işlərinə hücum, müdaxilə hesab olunacaq və buna birgə cavab veriləcək.
25 dekabr 2022-ci il
(4 Dey 1401)
İmzalayan təşkilat və tərəflər:
1. Əhvaz Xalq Demokratik Cəbhəsi
2. Güney Azərbaycan İstiqlal Partiyası
3. Güney Türkmənistan Milli Demokratik Birliyi
4. 15 Nisan Əhvazın Azadlığı Uğrunda Hərəkat.
5. Əhvaz Demokratik Cəbhəsi
6. Bəlucistan Raci Zarambaş (Bəlucistan Milli Hərəkatı)
7. Kürdüstan Azadlıq Partiyası (PAK)
8. Bəlucistan Azadlıq Hərəkatı (FBM)
9. Əhvazın Azad edilməsi üçün Ərəb Cəbhəsi/axar.az