Baqratyan: Laçın yolu Bakının nəzarətinə keçəcək, səbəbi…

 

Ermənistan hakimiyyətinin hərəkətləri ilkin olaraq Laçın yolunun bağlanmasına töhfə verdi, Təhlükəsizlik Şurası katibinin qalmaqallı bəyanatları isə vəziyyəti daha da gərginləşdirdi.

Bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Onun sözlərinə görə, Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Ermənistan Bakıya Azərbaycanı Naxçıvanla birləşdirəcək tranzit yolu verməyi öhdəsinə götürüb:

“Eyni zamanda, tranzit yolu sənədə uyğun olaraq Rusiya tərəfinin nəzarəti altında hər iki istiqamətdə vətəndaşların və şəxslərin maneəsiz hərəkətini nəzərdə tutur”.

Baqratyan qeyd edib ki, Paşinyan bu faktı yaxşı bilir və buna görə də hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Qərblə flört edir:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qalmaqallı bəyanatları Laçın yolunun açılması perspektivini ləngitməklə vəziyyəti daha da gərginləşdirib. Gec-tez Laçın yolu Azərbaycanın tam nəzarətinə keçəcək. Bəli, Rusiya sülhməramlıları olacaq, lakin Azərbaycan tərəfinin vətəndaşların yüklərini və sənədlərini yoxlamaq hüququ olacaq. Ermənistan 9-cu bənd üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, Azərbaycan da Üçtərəfli Bəyanatın nəzərdə tutduğu məntiqdə dəhlizə imkan verməyəcək”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password