Zelenski savaşın ildönümünə hazırlaşır: 10 bəndlik plan…

 

Ukrayna lideri Vladimir Zelenskinin ətrafı Ukraynada on bəndlik sülh planını yekunlaşdırır.

Bu barədə “Vol Strit Jurnal” Avropa və Ukrayna diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Zelenski komandası hazırda plan üzərində işləyir və öz ideyalarını fevralın 24-də və ya o ərəfədə – Rusiya işğalının birinci ildönümündə təqdim etmək niyyətindədir.

Qeyd edək ki, bundan öncə Zelenski sülhün formulunun on bənddən – nüvə təhlükəsizliyindən tutmuş Ukraynanın ərazi bütövlüyünün bərpasına, enerji təhlükəsizliyinə, Rusiya ərazisində saxlanılan bütün hərbi əsirlərin və deportasiya edilmiş şəxslərin geri qaytarılmasına qədər sülhün formulu on bənddən ibarət olduğunu açıqlamışdı.  Nüvə təhlükəsizliyindən tutmuş dövlətimizin ərazi bütövlüyünün bərpasına, enerji təhlükəsizliyindən tutmuş Rusiya ərazisində saxlanılan bütün hərbi əsirlərin və deportasiya edilmiş şəxslərin geri qaytarılmasına qədər. Bu, indi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir – dünyanı sülh formulunun bəndlərinin konkret həyata keçirilməsinə cəlb etməkdir”, – Zelenski qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password