Türkiyənin yeni silahı yuxularını qaçırdı: “Bir gün bunların hamısı…”

 

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma” Yunanıstanda müzakirə mövzusuna çevrilib.

“Kızılelma”nın ötən günlərdə baş tutan ilk uçuşu Yunanıstanda təşviş içində izlənilib.

Gəlişməni müzakirəyə çıxaran yunan telekalında (TV8) Türkiyənin müasir hərbi sənayesinin uğurları ilə bağlı etiraflar diqqət çəkib. Nəhəng ekranda “Kızılelma”nı incələyən diktorun etirafları anbaan kameraya əks olunub.

Teleaparıcı türk müdafiə sənayesinin yüksəlişdə olduğunu deyib:

“Tayfun”la bağlı zarafatlar eşidirik, deyirik ki, bu raket vacib deyil, indi də bu pilotsuz uçan təyyarəni (“Kızılelma”) ələ salacağıq. Amma nəzərə almalıyıq ki, türklər öz hərbi sənayelərinə çoxlu pul yatırıblar. Bəlkə bu raketi 1 ilə, bəlkə 5 ilə, bəlkə də 10 ilə düzəldə bilməyəcəklər, amma 15 ildən sonra bizim övladlarımız, nəvələrimiz görəcəklər. Hər şey bizim haqqımızdadır, ona görə də bununla lağlağı etməməliyik və bunun nə yararsız raket, nə də yararsız PUA olduğunu deməliyik. Çünki bir gün bunların hamısı türklərin qoyduğu pullarla texnologiyanın zirvəsində olacaq.

Unutmaq olmaz ki, bu, 1990-cı illərdən başlayan bir prosesdir. Və nə vaxtsa, təəssüf ki, bütün bunlarla qarşılaşmalı olacağıq”.

Yunan diktor əlavə edib:

“Türkiyənin gördüyü işlər çox ciddidir və bu, təkcə Ərdoğanla bağlı deyil, ondan da o tərəfədir. Bütün bunlar Ərdoğandan əvvəl başlayıb, Ərdoğandan sonra da davam edəcək. Bu, dəqiqdir: Türkiyənin müdafiə sənayesi çox inkişaf edib, biz də onlara rəqib yaratmalıyıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password