MOSSAD şefindən xəbərdarlıq: “İran İsrailin dostlarına qarşı…”

 

“İran təhlükəli və təhdidedici prosesə girir və Rusiyanı qabaqcıl silahlarla təchiz etməyə hazırlaşır”.

Bunu İsrail Xarici Kəşfiyyat İdarəsinin (MOSSAD) rəhbəri David Barnea deyib.

İranın Ukraynadakı müharibədə Rusiyaya hərbi dəstəyinə toxunan MOSSAD rəhbəri Tehranın bütün dünyada terror hücumlarını artırmağa çalışdığını bildirib.

“İranın bu gün gizli saxlamağa çalışdığı gələcək niyyətləri barədə xəbərdarlıq edirik: Rusiyanı qabaqcıl silahlarla təchiz etməyə hazırlaşır”, – Barnea söyləyib.

Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi proqramını inkişaf etdirməyə və regionda İsrailə dost olan müsəlman ölkələrinə müxtəlif üsullarla hücum etməyə hazırlaşır.

“İranın nüvə silahı olmayacaq, yaxın illərdə də, heç vaxt olmayacaq. Bu, mənim və MOSSAD-ın vədidir”, – Barnea qeyd edib.

MOSSAD rəhbəri həmçinin İrandakı etiraz dalğasının Tehran rejimi üçün sınaq olduğunu deyib.

Barnea İsrailin region ölkələri ilə əlaqələrinin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password