Zelenskinin ABŞ səfəri ilə bağlı şok detallar: Amerika görün onu necə aparıb…
Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri arxasında gizli əməliyyat üzə çıxıb. Ukrayna liderinin sağ-salamat ABŞ-a getməsi üçün NATO və Amerikanın döyüş təyyarələri hərəkətə keçib.
Gizli əməliyyatın detallarını təqdim edirik:
Zelenski fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə xaricə gedib. İlk marşrut olaraq ABŞ-ı seçən Zelenskinin təhlükəsiz şəkildə Vaşinqtona çatmasını təmin etmək üçün NATO-nun casus təyyarələri və ABŞ döyüş təyyarələri havaya qaldırılıb.
Təhlükəsizlik səbəbiylə son ana qədər açıqlanmayan səfər Polşanın Rzesov şəhərində başlayıb. Ukrayna liderini Avropadan ABŞ-a yola salmaq üçün dünən yerli vaxtla saat 08:15-də ABŞ-ın Boeing C-40 hərbi-nəqliyyat təyyarəsi havaya qalxıb.
Havaya qalxmazdan bir saat əvvəl Almaniya Zelenskinin Rusiya sualtı qayıqlarının patrul etdiyi təhlükəli geniş Şimal dənizinə asanlıqla keçməsi üçün Boeing AWACS casus təyyarəsini havaya qaldırıb.
Hava hücumundan müdafiə qüvvələrinin bütün hava şəraitində müşahidə, komanda, idarəetmə və rabitə missiyaları üçün havadan erkən xəbərdarlıq və idarəetmə təyyarələrindən istifadə olunub.
Zelenskinin təyyarəsi İngiltərə üzərindən keçərkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısı Böyük Britaniya aviabazasından havaya qalxaraq Ukrayna liderinin uçuşunu müşayiət edib.
Zelenskinin təyyarəyə minməzdən əvvəl ABŞ-a getdiyini bildirən tvitləri Avropada həyəcana səbəb olub. Minlərlə insan Ukrayna liderinin Polşadan ABŞ-a uçuşunun ən azı bir hissəsini onlayn izləyib.
Təyyarə qısa müddət ərzində Berlin səmasında, daha sonra isə Qrenlandiya sahillərində qısa müddətə müşahidə edilib.
ABŞ-ın NATO döyüş təyyarələri və casus təyyarələrinin iştirak etdiyi əməliyyatı uğurla başa çatıb. Zelenskini daşıyan təyyarə CEST saat 20:00-da Vaşinqtondakı Andrevs Hərbi Hava Limanına eniş edib.
Qeyd edək ki, Zelenski ənənələrini pozmayıb və səfər zamanı yaşıl sviter və əsgər çəkməsini geyinib./teleqraf.com