“Riçard Mur İrəvana Ermənistan yox, Azərbaycana görə gəlib” – Şok iddia

 

“Böyük Britaniya kəşfiyyatının rəhbəri Riçard Mur İrəvana Ermənistan yox, Azərbaycana görə gəlib”.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Britaniyanın Ermənistanla strateji tərəfdaşlıqda maraqlı olmadığını bildirir:

“Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun Ermənistana səfərinin ən azı iki mühüm mənası ola bilər.

Birincisi, arzuolunandır, amma ehtimalı azdır ki, Britaniya Ermənistanın regionda siyasi çəkisini artırmağa, Ermənistan üçün gözlənilməz müsbət nəticələrə və perspektivli strateji tərəfdaşlıq qurmağa çalışır.

Məsələnin ikinci tərəfini Azərbaycanda mədən hasilatı ilə məşğul olan Britaniyanın “Anglo Asian Mining Plc” şirkətinin bu il Qarabağda əldə etdiyi nailiyyətlər kontekstində nəzərdən keçirmək olar. Şirkət Azərbaycanla Qarabağdakı mədənlərin istismarı ilə bağlı müqavilə imzalayıb. Ona görə də Böyük Britaniya və Ermənistan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması yeni dünya nizamı arxitekturasının tərkib hissəsi deyil.

Ola bilsin ki, Riçard Mur cavab almaq üçün bir müddət sonra yenidən Ermənistana gələcək. Gözlənilən cavab haqda təsəvvür yaratmaq üçün Riçard Murun Ermənistana səfəri ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı Metyu Perrinin 1853-cü ildə Yaponiyaya səfəri arasında paralel aparmaq olar.

1853-cü ildə Perrinin komandanlığı altında 4 gəmidən ibarət ABŞ donanması Yaponiyanın Uraqava körfəzinə gəldi. Perri ABŞ prezidentinin ultimatumunu Yaponiya tərəfinə çatdıraraq, yapon limanlarının açılmasını tələb etdi. O, bir il sonra cavab almağa gələcəyini bildirdi. Samuray hökuməti çaşqın duruma düşdü. Çünki onun ABŞ-la üz-üzə gələcək real silahlı qüvvələri yox idi, amma o, “qapalı ölkə” kursundan yapışmağa çalışırdı. Əlavə tədbirlər üçün heç bir təsiredici qərar tapılmadı. Bir il sonra Metyu Perri yenidən Yaponiyaya gəldi. Danışıqlar nəticəsində yaponlar ABŞ-ın tələbləri ilə razılaşdı. Həmin ilin martında Yaponiya-ABŞ Sülh və Dostluq Müqaviləsini imzaladı və siyasi təcrid kursu başa çatdı”.

Nəşr qeyd edir ki, belə təzyiqlər nəticəsində Yaponiya Qərbə açıldığı kimi, Ermənistan da Qərbə, yəni Türkiyəyə açılacaq.

“Deməli, Riçard Murun səfəri, Metyu Perrinin Yaponiyaya səfəri ilə eyni xarakterə malikdir. Amma Ermənistanın limanları olmadığından, tələblərin nədən ibarət olduğunu güman etmək olar”, – məqalədə vurğulanır./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password