Putin Vardanyanın pasportunu niyə əlindən aldı?
Putin Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina ilə bağlı ərizəsini təsdiqləyib. Rusların layihəsi olan Rubenin Rusiya vətəndaşı olaraq qalması Moskvaya sərf etmirdi:
Birincisi, Bakı buna görə Moskvadan cavab tələb edirdi və bu, Azərbaycanla münasibətlərin saxlanılması baxımından zərərli idi;
İkincisi, Qarabağda separatçı rejimin “başına” gətirilməsi planlaşdırılan Vardanyan Rusiya vətəndaşı olduğu müddətdə bunu edə bilməzdi:
Üçüncüsü, Bakının Qarabağdakı ermənilərlə təmaslarında “əsas nümayəndə” kimi sırımaq istədikləri Vardanyanın başqa ölkənin vətəndaşı olması bu imkanı zəiflədirdi.
İndi Rusiya “Vardanyan məsuliyyəti”ndən xilas olur və istisna deyil ki, yaxın dövrdə separatçı rejimə “rəsmi” olaraq “rəhbər” olacaq. Və onun Bakı ilə təmaslarda erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi cəhdləri də artacaq.
Bu plana qarşı ən effektiv addım Rubenin neytrallaşdırılmasıdır: həbs etmək, zərərsizləşdirmək, yaxud Qarabağdan çıxışı zamanı geri qayıtmasına imkan verməmək və s;
Mövcud situasiyada belə bir addım mümkünsüz görünür, hərçənd, Laçın yoluna nəzarət məsələsi də ağlasığmaz gəlirdi, müəyyən mənada çıxış yolu tapıldı. Vardanyan məsələsində də çıxış yolları var, onun artıq Rusiya vətəndaşı olmamasına mümkün addımlarda Moskva ilə rəsmi şəkildə üz-üzə gəlməyəcəyik kontekstində də baxa bilərik./axar.az