Zelenskinin Vaşinqtona sürpriz səfərinin detalları: Baydenin planı…
Ukrayna lideri Vladimir Zelenski amerikalı həmkarının dəvəti ilə Vaşinqtona səfər edib.
ABŞ tərəfi səfərin detallarını açıqlayıb.
Bildirilir ki, ABŞ prezidenti Co Bayden dekabrın 11-də Ukrayna prezidenti Vladimir Zelenskini Vaşinqtona dəvət edib. Üç gün əvvəl Ukrayna lideri təklifi qəbul edib və səfər edəcəyini təsdiqləyib. Bundan sonra səfərin texniki və digər tərəfləri hazırlanıb.
Bu, prezident Zelenskinin 24 fevral 2022-ci ildə Rusiyanın müharibəyə başlamasından sonra xaricə ilk səfəridir.
“Bu səfər zamanı ABŞ Ukraynaya lazım olan müddət ərzində, o cümlədən iqtisadi, humanitar və hərbi yardımlar vasitəsilə dəstək vermək üzrə sarsılmaz öhdəliyini vurğulayacaq”, – Ağ Ev bildirib.
Ağ Ev əlavə edib ki, Bayden Zelenskiyə təzyiq etmək və ya onu Rusiya ilə danışıqlara sövq etmək niyyətində deyil, əksinə Ukraynanın gələcəkdə danışıqlar masası arxasında daha yaxşı mövqedə olmasını təmin etməyə çalışacaq.
Qeyd edək ki, səfər zamanı prezident Baydenin Ukaynaya 2 milyard dollar hərbi yardım paketinin təsdiq edə, eləcə də Ukraynaya Patriot sistemləri verəcəyini elan edə bilər./teleqraf.com