Azərbaycanda dərman böhranı: Problemin səbəbi tapılmır

 

Azərbaycan 2 il yaxındır ki, ciddi dərman problemi ilə üz-üzədir.

Səbəblər, səbəbkarlar hələ də tapılmır. Pandemiya dövründən qəhətə çəkilən dərmanların siyahısı Ukraynadakı müharibədən sonra daha da artdı.

Müxtəlif xəstəliklər üzrə lazımi dərmanlar aylarla tapılmır, xəstələr haradansa 5 manatlıq dərmanı 40 manata alır, ya da xaricdən, Türkiyədən gələnləri xahiş-minnətlə alırlar.

İTV-nin “Sabaha saxlamayaq” verilişində növbəti dəfə problem qabardılıb.

Tok-şouda Bakupost.az və Medicina.az saytının təsisçisi, jurnalist Elçin Zahiroğlu, həkim radioloq Aydın Əliyev, İqtisadiyyat Nazirliyinin Əczaçılıq və ekspertiza şöbəsinin müdiri Mətin Bədəlov, Gömrük komitəsinin şöbə rəisi Elçin Rüstəmov, Dərman idxal edən şirkətlərlə əməkdaşlıq üzrə işçi qrupun rəhbəri Qurbanəli Əliyev, Əczaçılar klubu İB-nin sədri Şövqi Bünyadov iştirak ediblər.

Azərbaycanda bu strateji sahədə problemlər nə vaxta kimi davam edəcək?

Maraqlısı odur ki, ölkədə satışa icazəsi olan 13490 adda dərmandan cəmi 3500 adda dərman satış dövriyyəsindədir.

Proqramda eyni zamanda Türkiyədə, Gürcüstanda dərmanların ucuz, Azərbaycanda baha olmasının səbəbləri araşdırılıb.

Daha ətraflı videoda:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password