Putinin illik çıxışı niyə baş tutmadı? – Gizlənir…
Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərində qələbəni elan etmək arzusunda idi, lakin Ukrayna Silahlı Qüvvələri onun planlarının həyata keçməsinə imkan vermədi. Bu səbəbdən o, bəzi suallardan yan keçir, gizlənir və ictimaiyyət qarşısında danışmaqdan qorxur.
Bu iddia ilə Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertləri Putinin 2012-ci ildən bəri ilk dəfə illik mətbuat konfransını ləğv etməsinin səbəblərini açıqlayarkən deyib.
Vladimir Putinin illik müraciətini təxirə salmaq barədə sözügedən qərarı onun Ukraynaya təcavüz zamanı davranışına qarşı artan tənqidlər fonunda Rusiyanın informasiya məkanını formalaşdırmaq qabiliyyətinə əmin olmadığını göstərir.
Analitiklər onu da əlavə ediblər ki, Kiyev vilayətində və Ukraynanın şimalında rus qoşunlarının uğursuzluğu Putinin bütün planlarını məhv edib:
“O, tez bir zamanda qələbəni elan etməyi və uğurları haqqında danışmağı xəyal edirmiş. Putin artıq 2014-cü ilin martında fürsətdən istifadə edərək Krımın və Sevastopol şəhərinin qanunsuz ilhaqını elan etdiyi “Krım nitqi”ni səsləndirmişdi. Putin çox güman ki, yazın əvvəlində oxşar nəticəni gözləyirdi, ancaq müraciəti qeyri-müəyyən vaxta qədər təxirə salıb. Rusiyanın hərbi uğursuzluqları, rus qoşunlarının nəzarət etmədiyi ərazilərin ilhaqını elan etməsi və səfərbərlikdən ictimaiyyətin narazılığına səbəb olub.
İndi Putin 2023-cü ildə “qələbə nitqi” söyləyə biləcəyinə ümid edir və ya sadəcə olaraq məğlubiyyətini etiraf etməli olduğu anı gecikdirir. Ekspertlərin fikrincə, Rusiya ordusunun bütün uğursuzluqları fonunda hətta Putinin özü də genişmiqyaslı müharibəyə başlamaq ideyasını müdafiə edə bilməyəcəyinə artıq əmin deyil. Onun ətrafında tənqidlər artır. Putin Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı suallara cavab verə bilmir”.
Bununla belə, ISW qeyd edib ki, Putin yalnız mətbuat konfransını ləğv etməklə vəziyyəti daha da gərginləşdirir, çünki öz acizliyini ortaya qoyur və Ukraynaya qarşı müharibə ilə bağlı suallara cavab verə bilməyəcəyini nümayiş etdirir.