Paşinyan axmaqdır, mən üzr istəməyəcəm – Zatulin

 

Ermənistan hakimiyyəti axmaqlıq etdi, göstərdi ki, onun üçün partiya maraqları İrəvanın xaricdəki dəstəyindən üstündür.

Bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistana girişinə qoyulan qadağa haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti artıq “səhvini anlayıb” və özlərini qorumağa çalışır:

“Onların marağındadır ki, mən günahı öz üzərimə götürüm və İrəvan da qadağanı aradan qaldırsın. Ancaq mən üzr istəməyəcəm. Mən uzun illərdir ki, Ermənistanı dəstəkləyirəm, çünki bu, Rusiyanın marağındadır”.

Ermənipərəst deputat deyib ki, Ermənistanda heç kimə borcum yoxdur.

O bildirib ki, Bakı onun Azərbaycana səfərinə 2011-ci ildə qadağa qoyub, Ermənistan isə bu ilin noyabrından.

Qeyd edək ki, Paşinyana və Ermənistan hakimiyyətinə qarşı aşağılayıcı ifadələrinə görə Zatulin Ermənistanda “arzulanmaz şəxs” elan edilib və onun ölkəyə gəlişinə qadağa qoyulub./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password