Türkiyə və İngiltərə hərəkətə keçdi – Fransaya qarşı kritik həmlə

 

Türkiyədən gələn açıqlamaları “çağırış”, “təhdid” və ya “hədə” kimi başlıqlarla işıqlandıran Yunanıstan mediası ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın son açıqlamasına geniş yer verib.

Prays Türkiyəni Yunanıstana qarşı təxribatçılıqda ittiham edib.

“Yunanıstana qarşı yeni təxribatçı bəyanatlardan təəssüflənirik”, – ABŞ rəsmisi bildirib.

Yunan mediası Praysın açıqlamasını “Vaşinqtonun Ankaraya sərt mesajı” kimi şərh edib. Bununla belə, CNN-nin Yunanıstan bürosu “Ərdoğandan müharibə təhdidi: ABŞ da daxil olmaqla müttəfiqlər susur” başlıqlı yazıya da yer verib.

CNN Prezident Rəcəb Tayyib Ərdoğanın bu açıqlamasını müzakirəyə çıxarıb:

“Tayfun” deyirsən, yunan qorxur, deyir, Afinanı vuracaq. Əlbəttə, sakit dayanmasan, Amerikadan adalara nəsə almağa çalışsan, vuracaq, yəqin ki, Türkiyə kimi bir ölkənin əli armud toplamayacaq”.

 

CNN qeyd edir ki, Ərdoğanın bu açıqlamasından 48 saat keçməsinə baxmayaraq, Afinanın müttəfiqlərindən qınama mesajları yoxdur.

“Kathimerini” qəzeti isə bundan sonra “İngiltərə Türkiyə üzərindən Aralıq dənizinə qayıdır” başlıqlı məqalə dərc edib. Londonun Fransa və Avropa İttifaqı (Aİ) ilə rəqabət aparmağı planlaşdırdığını qeyd edən qəzet planlara Ankara ilə müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin də daxil olduğunu vurğulayıb.

Məqalədə İngiltərənin Şərqi Aralıq dənizinə can atmasının Afina və Cənubi Kiprdə narahatlıq doğurduğu bildirilib: “Sanki Londonun Aralıq dənizinin şərqindəki fəallığı Fransa və regionun ən fəal gücü olan Avropa Birliyi ilə rəqabətdən qaynaqlanır”.

İngiltərə bölgədə öz geosiyasi varlığını bərpa etməyə çalışarkən, Avropa və Şərqi Aralıq dənizinin kritik önəmi ön plana çıxır. “Kathimerini”yə görə, İngiltərə bu baxımdan Türkiyə ilə münasibətlərini daha da gücləndirməkdə maraqlı görünür./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password