Zəngin olmağın iki yolu: Rus hərbçiləri Qarabağda necə varlanırlar?
“Rusiya Ukrayada işğal etdikləri ərazilərdə taxılı yağmaladığı kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Qarabağın dağlıq hissəsindəki son gəlişmələrə diqqət çəkib:
“Moskva Xocalı soyqırımından sonra bölgədə müharibənin genişlənəcəyi təhlükəsinə görə Qarabağdakı mənfur 366 hərbi briqadanı bölgədən çıxarmağa qərar verdi. O zaman hadisəni yerindəcə izləyən rusiyalı jurnalistlərdən biri hərbi briqadaya komandanlıq edənlərin və onların xanımlarının maşınlarında pul və zinət aşyaları daşımalarının şahidi olmuş və bunu qələmə almışdı.
Kim zəmanət verə bilər ki, erməni separatçıları yenə eyni taktikadan istifadə etmir? Separatçılar erməni lobbisindən aldılqarı puldan Rusiya hərbi kontingentinin rəhbərliyi və zabitləri ilə bölüşür, Azərbaycana aid yataqların qanunsuz istismarından əldə edilən gəlirdən onlara pay verirlər. Azərbaycanlı məmurların yataqlarda monitorinq aparmasına yaradılan əngəlin səbəblərindən biri də budur.
Rusiya Ukrayada işğal etdikləri ərazilərdə taxılı yağmaladığı kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır”.