Separatçıların növbəti sərsəm “plan”ı… – Qarabağda hərbi baza yaratmaq istəyirlər?

 

Qarabağdakı erməni separatçıların qalıqları növbəti sərsəm təşəbbüslə çıxış ediblər. Onlar Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentindən öz ailələrini Qarabağa, xidmət etdikləri ərazilərə gətirməyi xahiş ediblər.

Mənbə iddia edir ki, bununla əlaqədar separatçılar Rusiya Federasiyasının yuxarı instansiyalarına müraciət edib və rusiyalı hərbçilərin ailə üzvlərinin Qarabağa yerləşdirilməsinə dair təminat da alıblar.

Separatçılar hesab edirlər ki, 1 500 sülhməramlı ailəsinin Qarabağa yerləşdirilməsi onlara Azərbaycan ərazilərində öz mövcudluqlarını qorumaq üçün hansısa əsas yaradacaq.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə ən yüksək rəsmilərinin dilindən bəyan edib ki, Qarabağda hər hansı qanunsuz məskunlaşdırılma, köçürülmə, yerləşdirilmə aparıla bilməz. Orada yaşayan mülki şəxslər Azərbaycan vətəndaşlarıdır və beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycanın bütün digər vətəndaşlarının malik olduqları hüquq və təminatlara malikdirlər. (Mənbə: Hraparak)

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Araik Arutyunyanın Rusiya sülhməramlılarının ailələrinin Qarabağa köçürülməsi ilə bağlı açıqlamasını şərh edib.

Onun sölərinə görə, Azərbaycanın dövlət orqanları nümayəndələrinin, jurnalistlərin Ermənistanı Qarabağa birləşdirən yola çıxmaları, suallar vermələri, monitorinq aparmaları erməni separatçılarını ciddi narahat edib.

 “İki il ərzində əvvəlcə Laçın dəhlizindən, daha sonra yeni yoldan rahat istifadə edirdilər.Ermənilər anlayıblar ki, rahat həyatın sonu gəlib. Azərbaycan buna seyrçi qalmayacaq. Sərhəddə postlarımız qurula bilər. Bunun qarşısını almaq məqsədilə əvvəlcə azərbaycanlıların buraxılmaması üçün Rusiyaya yalvardılar. Daha sonra Araik Arutyunyan Parisdə belə bir təklif irəli sürdü ki, yol ilə bağlı beynəlxalq nəzarət olsun. İndi də sülhməramlı kontingentin ailələrinin köçürülməsi ilə bağlı təklif verib. 3 ildən sonra sülhməramlı kontingent Azərbaycan ərazisini tərk etməlidir. Arutyunyan bunun qarşısını almağa çalışır, hətta hərbi bazanın yaradılmasını istəyir. Azərbaycan buna yol verə bilməz. 3 ili gözləmədən bu yolda nəzarətimiz güclənməlidir. Prezident İlham Əliyev də aylar öncə demişdi ki, hərbçilərimiz o yola daxil olub istənilən an şübhəli avtomobilləri yoxlaya bilərlər. Gömrük-nəzarət postu mütləq qurulmalıdır. Bu, 9 noyabr bəyanatına zidd deyil”, – politoloq qeyd edib./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password