DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb
Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.
90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.
Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb. Avropalılar 1/8 finalda da Yaponiyanı penaltilər seriyası ilə üstələyib.
Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland – Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.
105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib – 1:0.
117-ci dəqiqədə fərqlənən Bruno Petkoviç Avropa təmsilçisinin heyətində fərqlənərək, hesabı bərabərləşdirib.