Sülh sazişi imzalanmadı, yenidən qarşıdurma ehtimalı… – Şəfiyev detallı danışdı

 

Azərbaycanın strateji hədəfi sülh üçün platforma yaratmaqdır. Bunun əsas elementi sülh sazişidir. Sülh sazişinin mahiyyəti iki ölkənin ərazi bütölüyü məsələsidir. Bununla bağlı Azərbaycan 5 bəndlik sülh paketi irəli sürüb. Əslində Azərbaycanın bu təklifinə Ermənistandan verilən reaksiya müsbət xarakterizə olunurdu.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun fikirncə, Ermənistan sadəcə olaraq yenə də köhnə taktikadan istifadə etmək istəyir və bütün məsələləri təxirə salmağa çalışır:

“Belə olan halda tühlükəsizlik baxımından vəziyyətin qeyri-stabil olacağı qaçılmaz görünür. Təbii ki, müharibənin olub-olmayacağı ilə bağlı birmənalı proqnoz vermək çətindir. Amma yeni bir hərbi qarşıdurma ehtimalları zəifdir. Çünki Ermənistanın buna gücü yoxdur. Hətta Ermənistanda olan revanşist qüvvələr də bunu başa düşürlər. Sadəcə olaraq gələcəkdə nəyəsə ümid bağlamaq istəyirlər. Düşünürlər gələcəkdə hansısa bir formada geosiyasi vəziyyət dəyişəcək və onlar öz revanşist niyyətlərini reallaşdıra biləcəklər. Eyni zamanda ara-sıra xırda toqquşma hallarının olması mümkün ola bilər”.

Fərid Şəfiyevə görə, Rusiyanın burada strateji marağı ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında davamlı sülh olmasın:

“İndiki şəraitdə Azərbaycanla Ermənistan arasında yeni müharibəni Rusiya da istəmir. Çünki Rusiyanın əsas hədəfi regionu nəzarətdə saxlamaqdan ibarətdir. Həmçinin Rusiya tərəfi uzun müddətli sabitliyin olmasında maraqlı deyil”.

Mərkəz sədri hesab edir ki, Ermənistan rəhbərliyi sülh məsələsində daxili müqavimətdən ehtiyyat edir:

“Bu günlərdə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər açıqlama verir və deyirlər ki, bu o demək deyil, biz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışıq. Təbii ki, bu cür yanaşmalar sülhə aparıb çıxarmayacaq. Belə olan halda Azərbaycan özünün təzyiq diplomatiyasından istifadə edəcək. Bu mənada yenə də uduzan tərəf Ermənistan olacaq. Çünki Azərbaycan mütəmadi olaraq öz hədəflərinə çatır. Hərbi, iqtisadi-siyasi üstünlük bizim tərəfdə olsa da ehtiyyatı əldə buraxmaq olmaz. Ümumilikdə isə Qarabağla bağlı məsələlərin, sülh prosesinin yaxın zamanlarda həllinə nail olunacaq”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password