Patruşev: ABŞ-ın məqsədi Rusiyanı məhv etməkdir!
ABŞ-ın uzunmüddətli məqsədi Rusiyanın məhv edilməsi və Avrasiyada təhlükəsizliyin dağıdılmasıdır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
“ABŞ və onun NATO müttəfiqlərinin uzunmüddətli məqsədi nəyin bahasına olursa-olsun ölkəmizi zəiflətmək və ya məhv etmək, eləcə də bütövlükdə Avrasiyada təhlükəsizlik arxitekturasını dağıtmaqdır”-deyə, o bildirib.
O əlavə edib ki, regionda hərbi infrastrukturun aqressiv şəkildə qurulması gərginliyi daha da artıracaq. Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Qərb Rusiya və onun qonşularına misli görünməmiş təzyiqlər edir.