“Azərbaycan Pakistandan düyü tədarükü üçün haba çevrilə bilər” – Məhəmməd Asif Nur

 

“Pakistan ümid edir ki, Azərbaycan bu ölkədən düyü və digər kənd təsərrüfatı məhsullarının tədarükü üçün haba çevriləcək”.

Bunu müsahibəsində Qlobal Biznes Alyansının (Global Business Alliance) sədri, “Belt and Road Consultans Pvt Ltd” şirkətinin baş direktoru Məhəmməd Asif Nur deyib.

O bildirib ki, Pakistanın işgüzar dairələrinin nümayəndə heyəti ilə bazar araşdırması apardıq və Azərbaycanın düyü tədarükü üçün mühüm bazar olduğunu anladıq: “Yüksək tələbat olacağı və nəqliyyat məsələləri öz həllini tapacağı təqdirdə, Azərbaycan bu ölkədən düyü və digər kənd təsərrüfatı məhsullarının tədarükü üçün haba çevriləcək”.

Onun sözlərinə görə, Pakistanın düyü istehsalçıları və ixracatçılarının əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək məqsədilə Azərbaycana səfər etməsi üçün indi uyğun vaxtdır.

M.A.Nur Pakistanın dünyanın ən böyük düyü istehsalçılarından biri olduğunu əlavə edib: “Düyü Pakistan xalqı üçün əsas qida məhsulu olmadığı üçün düyünün 60 faizindən çoxu dünyanın digər ölkələrinə ixrac olunur. Son məlumatlara görə, Pakistan şaxələndirilmiş bazarlar vasitəsilə dünyaya 4 milyon ton düyü ixrac edir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password