![bakıxanov-130](https://aktualinfo.org/wp-content/uploads/2022/12/bakixanov-130.jpg)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
Gecədə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı Azərbaycan Respublikasının Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə çıxış etmişdir.
Musiqili gecənin əvvəlində Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin müdiri Nazim Kazımov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı,Azərbaycan Respublikasının Xalqartisti Ramiz Quliyev Əhməd Bakıxanov haqqında öz xatirələrini bölüşmüşlər.
Konsertdə tanınmış sənət adamları-Azərbaycan Respublikasının Xalq artistləri Ramiz Quliyev (tar), Vamiq Məmmədəliyev (tar), Zaur Rzayev (xanəndə), Mələkxanım Əyyubova (xanəndə), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Aqil Məlikov (xanəndə), Azərbaycan Respublikasının Əməkdar artistləri Sahib Paşazadə (tar), İlkin Əhmədov (xanəndə) və Qulamirzə Mirzəyev (klarnet), Rüstəm Müslümov (tar),Vəfa Zeynalova (xanəndə) öz ifalarını dinləyicilərə təqdim etmişlər. Tədbirdə Ə.Bakıxanovun “Çahargah təsnifi”, “Sevgilimsən gözəl yar”, “Ahu kimi” və digər əsərlər dinləyicilərə təqdim olunmuşdur.
Gecənin sonunda Əhməd Bakıxanovun övladı görkəmli bəstəkarımız, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanov konsertin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirmişdir.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az