Əliyev və Ərdoğan generallara zəng etdi – VİDEO
“Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.
Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarını təlimlərin uğurla başa çatması münasibətilə təbrik edib.
Prezident təbrikini Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təliminin iştirakçılarına müraciəti zamanı çatdırıb.
Azərbaycan lideri vurğulayıb ki, Azərbaycan və Türkiyənin birliyi əbədidir: “Birliyimiz sarsılmazdır, əbədidir”.
“Bu təlimin adı “Qardaş yumruğudur”. Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı”, – dövlət başçısı bidirib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir millət, iki dövlət anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bütün şəxsi heyəti təbrik edib.
“Türkiyə və Azərbaycanı kimsə bir-birindən ayıra bilməz” – deyə, Ərdoğan Azərbaycanla Türkiyənin birgə hərbi təliminin iştirakçılarına müraciətində deyib.
O bildirib ki, birgə hərbi təlimlər bunu göstərdi: “Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirdi”.