Finlandiyadan Türkiyə açıqlaması – Tarix verdilər
Finlandiya xarici işlər naziri Pekka Haavisto ölkəsinin gələn ilin yaz aylarına qədər NATO-ya üzv ola biləcəyinə ümid etdiklərini deyib.
Haavisto Finlandiyanın hərbi alyansa niyə üzv olmaq istəməsinin səbəbinə də aydınlıq gətirib.
Nazir bildirib ki, Rusiyanın Ukraynaya hücumü və Moskvanın nüvə ritorikası Finlandiyanı NATO-ya üzv olmaq üçün müraciət etməyə sövq edən əsas amillərdir.
Onun sözlərinə görə, Macarıstan fevralın əvvəlində Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyəcəyini açıqlayıb və Türkiyənin təsdiqi də daxil olmaqla, hər şeyin yazda həll olunacağına böyük ümid edir.
Finlandiya Baş naziri Sanna Marin də Türkiyədən cavab gözlədiklərini söyləyib: “Türkiyə ilə bağlı siyasətimizdə həmişə ardıcıl olmuşuq. Ümid edirəm ki, Türkiyə NATO üzvlüyünü ən qısa zamanda təsdiq edər”.