ABŞ İrana hərbi güc tətbiq edilməsi ehtimalını istisna etmir

 

“Rəsmi Vaşinqtonun İranla nüvə proqramı ilə bağlı sazişin əldə edilməsində diplomatik yollara üstünlük verməsinə baxmayaraq, ABŞ bu ölkəyə qarşı hərbi güc tətbiq edə bilər”.

TASS xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“Nə biz, nə də ABŞ Prezidenti Cozef Bayden bunu istəmirik. Amma bütün digər variantlar uğursuz olarsa, ən son seçim hərbi variant olacaq. Prezident açıq şəkildə bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”, – o deyib.

Xatırladaq ki, daha əvvəl İranın Qum şəhəri yaxınlığında yerləşən Fordo nüvə obyektində uranı 60%-ə qədər zənginləşdirməyə start verdiyi barədə xəbərlər yayılıb.

Melli onu da vurğulayıb ki, üstünlük həmişə diplomatiyaya verilir, lakin İran həqiqətən sazişə qayıtmaq istəyini nümayiş etdirmir.

“Hazırda buraya daha iki və son dərəcə vacib amillər əlavə olunur. Bunlar İrana Rusiyanın hərbi yardım etməsi və ölkədə dinc etirazların yatırılmasıdır”, – Melli bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rolu iranlıların hüquq və azadlıqlarını qorumaq məqsədilə İrana qarşı sanksiyalar tətbiq etməkdən ibarətdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password