Yüz PKK-çının tələbi rədd edildi – Ankaranın tələbi yerinə yetirilir

 

İsveç PKK/YPG və FETÖ terror təşkilatlarının üzvlərinin Türkiyəyə ekstradisiyasına dair atılacaq addımları iki ayrı bənd üzrə müzakirə edir.

İsveç xarici işlər naziri Tobias Billström və Finlandiya müdafiə naziri Antti Kaykkönen bu məqsədlə qısa müddət ərzində Türkiyədə olacaqlar.

İsveç qanunvericiliyi əsasında beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınmayan FETÖ üzvlərinə qarşı məhkəmə və inzibati tədbirlər görülə bilər. FETÖ-çülərin qanunsuz pul dövriyyəsi, yalan ifadə vermə, saxta pasport istifadə kimi cinayətləri yaxından izlənəcək. FETÖ-çülər bu cinayətlər kontekstində deportasiya oluna bilərlər.

İsveçdə konstitusiya dəyişikliyi ilə yanvarın 1-dən etibarən terror təbliğatı aparmaq cinayət sayılacaq. İsveç son vaxtlar 100-dən çox PKK terror təşkilatı üzvünün siyasi sığınacaq tələblərini rədd edib.

Cinayətdə əli olan terror təşkilatına rəğbət bəsləyənlər ölkədən deportasiya ediləcək, onların viza müddəti uzadılmayacaq. Buna baxmayaraq, Ankara hər bir ölkədəki həmkarlarına konkret irəliləyiş görmək istədiyini rəsmən bildirib. Ankara həmçinin ekstradisiya və terrorçuların aktivlərinin dondurulması kimi məsələlərdə konkret addımlar gözlədiyini deyir.

Finlandiya İsveçlə müqayisədə terrora dəstək baxımından daha müsbət vəziyyətdədir. Amma İsveçin yeni hökuməti Türkiyə ilə anlaşmanı yerinə yetirməyə hazır olduğu bildirir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password