Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi daha bir qazini Prezidentdən kömək istəməyə vadar etdi
Goranboy rayonun Qarqucaq kəndində yaşayan, Daxili Qoşunların Xüsusi Təyinatlısı olmuş, 27 oktyabrda döyüş zamanı ağır yaralanmış Əhmədov Vasif Sultanəhməd oğlu tərəfindən Prezident, Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Səhiyyə nazirinə, TƏBİB sədrinə və mətbuat orqanlarına ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyasının bir qazi olaraq ona qarşı olunan qanunazidd əməllərin qarşısının alınması və əlilliyimin düzgün qiymətləndirilməsi barədə müraciət ünvanlanıb.
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:
Mən, 10 mart 1986-cı ildə anadan olmuşam. 01.06.2013-cü ildən hərbi xidmətdə olmuşam. Sonra 2020-ci ilin oktyabrın 27-nə qədər, yəni müharibə dövrü ağır yaralanan qədər MAXE vəzifəsidə, çavuş rütbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında N saylı hərbi hissənin Xüsusi Təyinatlı dəstəsinin istehkamçı yarımqrupunun komandiri- baş istehkamçı olmuşam.
Vətən Müharibəsində sonadək iştirak etmişəm. Vətən Müharibəsində iştirak etdiyim qızğın əks-hücum döyüşlərdə mərmi partlayışı nəticəsində bədənimin və başımın müxtəlif yerlərindən ağır yaralanışam. Barotravma diaqnozu ilə Saatlı RMX-da sonra isə Daxili Qoşunların Hospitalında stasionar müalicələr almışam. Mühariədən sonra hal-hazırkı günə qədər ciddi xəstəliklərdən əzyyət çəkr və müalicələrimi davam etdirirəm. Budur 2 ilə yaxındır ki, müxtəlif xəsətəxanalara etdiyim müraciətlərə və müalicələr almağıma baxmayaraq DİN-in DQ hərbi həkim Komssiyasının qoyduğu diaqnoz üzrə “Partlayış travması nəticəsində “odlu silah ( çoxsaylı qəlpə) yaralanmasından sonrakı vəziyyət. Barotravma. Sol diz oynağının kontrkturası, hərəkətlərin mühüm dərəcədə pozulması. Davamlı ağrı sindromu ilə onurğanın döş bel osteoxondrozu” diaqnozu ilə stasionar müalicələr almışam.
DİN-nin Daxili Qoşunların Hərbi Hospitalın həkim komissiyasının 18 yanvar 2022-ci tarixli , 13 N-li Şəhadətnaməsi əsasında aldığım xəsarətlərə görə hərbi xidmətə yararsız hesab edilmişəm. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş Psixatrı professor Fuad İsmayılovun 18 may 2022-ci il tarixli diaqnozunda – ” Üzvi dissosiativ pozuntu F 06.5 Postrkomission sindrom F 07.2 ” qoyulmuşdur. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının 17 fevral 2022-ci il tarixli testi zamanı hər iki qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə təsbit edildiyi nəticəyə gəlinmişdir”
Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixatriya Xəstəxanasınının həkim-psixatr komissiyasının 10 may 2022-ci il tarixli rəyindədə təsdiqlənir: (Parofronno) Konversion pozuntu, davranış pozuntuları, Fobik daxilolmalarla. F-06.5, F-07.2, F-07.0, F-06.4. Tapdığım xəstəliklərdən çox əziyyət çəkirəm. İş qabiliyyətimi tam itirmişəm. Çünki normal hərəkət edə bilmirəm, güclü baş ağrıları və təzyiqdən əziyyət çəkirəm. Qulağımın eşitmə dərəcəsi hər iksi 2-ci, dərəcədir. Nəticədə DİN-nin DQ-ın hərbi həkim komissiyası özlərini də qeyd etdiyi kimi çoxsaylı diaqnozlar qoysalar da nevroloji. vəziyyətimi, hərəkət pozğunluğumu və fatiki sağlamlığımın itirilməsni nəzərə alaraq 2022-ci ilin 18 yanvarında xəstəlik haqqında Şəhadətnamə əsasında forma 88 göndərişi versələr də onların mənim xəstəliklərim üzrə verdikləri FORMA -88 göndərişinə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. Beyin pozğunluğu və davamlı şəkildə aqressiyaya meyliliyimi nəzərə alaraq hazırda da Maştağa Psixi Xəstəxanasında müalicəni davam etdirməyə məcbur olmuşam. Çünki özümdən asılı olmayaraq hər gün ictimai yerlərdə, ailədə dava dalaş salıram, evdə də qab qacağı sındırmaqla əsəblərimi bir az soyuduram.
Bəli, mənə aydın olamayan formada əlilliyimin təyin edilməsinə ƏƏSMN komissiyası qəsdən imkan verməmişlər. Belə ki, komissya mənə qoyulan diaqnozu əlillik meyarına nədənsə hələlik uyğun hesab etmir. Yəni, bu rəsmi süründürməçilkdən belə nəticə çıxarıram ki, mən qazinin konkret olaraq 4000 manat pulum olmadığına görə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiysı əlillik təyin etməyiblər. Vəssəlam.
Hesab edirəm ki, həkim komissiysının mənim ağır xəstəliyimlə əlaqədər gəldiyi nəticə və əsassız imtinası bir bəhanədir. Belə olmasaydı ağır xəstəliyim ola ola əlilliyin təyin edilməsi üçün DİN DQ peşəkar həkim komissiyası mənə “forma 88” göndərişi verməzdilər.
Cənab Ali Baş Komandan hesab edirəm ki, mənim kimi XTQ təmsilçisi müharibədə aldığım ağır yaralardan sonra sağlamlığımı və iş qailiyyətimi itirib kasıb vəziyyətə düşdüyümə görə çox əziyyət çəkirəm, müalicələrimi normal davam etdirə bilmirəm.
Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədlərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin təyin edilməsinə və ƏƏSMN-də yerləşdirilmiş süründürməçi kadrlarının təcili olaraq təmizlənməsinə göstəriş verəsiniz ki, mənim kimi qazilərin canı bu bürokratlardan birdəfəlik qurtarsın.
Aktualinfo.org