Ermənilərdən yenə vandallıq: Qəbirlərimizi təhqir edirlər – Video

 

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.

Videoda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.

Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına məxsus şevron (2016-cı ilədək istifadə olunub – red.) olduğu da görünür./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password