Bakı kinoteatrları anti-Türkiyə filmini yaymaqdan imtina etdi – Almaniya səfirliyinin məqsədi nədir?
Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Odda – İki bacı” (“İm Feurer” və ya “Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib.
Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.
Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir.
Fəqət, kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır.
Filmdə Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli “potensial düşmən” kimi göstərilib.
Ssenari müəlllifi və rejissoru Dafne Çarizani olan filmdə baş rollarda Almila Bagiracıq, Zübeydə Bulud və Məryəm Bubani çəkiliblər.
Ümumiyyətlə, lent açıq-aşkar şəkildə Türkiyəyə düşmənçilik, antipatiya ruhundadır və bu hissləri təbliğ edir.
Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdimək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.
Halbuki Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir./milli.az