XTQ qazisinin anasına qarşı 235 saylı məktəbdə yaradılmış qruplaşmanın əsl məqsədi bəlli oldu

 

Məlum olduğu kimi son illər Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə iştirakçısı olmuş şəxslərə, qazilərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədə həyata keçirilir.  Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Amma çox təəssüf ki, öz məqsədləri üçün dövlətimizin yeritdiyi bu siyasətə qarşı xoşagəlməz addım atanlar da olur.

Aktualinfo.org ötən həftə Pirallahı rayonundakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən əsassız olaraq çıxarılmış Elza Cəfərovanın müraciəti ilə bağlı məqalə yaymışdı. Oğlu 44 günlük Vətən Müharibəsində, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində son günə qədər iştirak etmiş bir müəllimənin işindən çıxarılması sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olmuşdu. Elza Cəfərovanın oğlu, Əmir Cəfərovun keçdiyi döyüş yoluna şübhə ilə yanaşan məktəbin bir qrup müəllimlərinin qərəzli paylaşımları isə ictimaiyyət arasında daha çox narazılığa səbəb olmuşdu. Dünən isə redaksiyasımıza sosial şəbəkələrdə və elektron media resurslarında yayılanlarla bağlı yeni məlumatlar daxil olub. Belə ki, Elza Cəfərovanın işdən çıxarılma kompaniyasını təşkil edən, vəzifə uğrunda mübarəzə aparan yeni adlar üzə çıxıb.

Təfərrüatlara keçməzdən öncə qeyd etmək istərdik ki, Pirallahıda 4 tam orta məktəb var. Qəsəbədəki 168 saylı tam orta məktəbin direktoru Elnur Bayramov Bakı şəhər Təhsil İdarəsində yüksək vəzifə tutanlardan birinin qohumudu. Pedaqoji təhsili və stajı yoxdu. Əvvəllər 243 saylı məktəblə 235 saylı məktəbin direktorluğu ona həvalə olunub. Hazırda 235 saylı tam orta məktəbin direktoru olan Seymur Yusibov əvvəllər Gürkan qəsəbəsində yerləşən 231 saylı məktəbdə müavin olub. Hazırda 243 saylı tam orta məktəbin direktoru isə yoxdu. Pirallahı rayon icra Hakimiyyətinin saytında adıçıkilən şəxslər məktəb direktoru kimi göstərilsə də, əslində direktor əvəzidirlər. Yəni hazırda Pirallahıdakı 4 orta məktəbin 3-də direktor olmaq uğrunda ayrı-ayrı şəxslər və ya qruplar arasında mübarizə gedir. Deyilənlərə görə 231 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Seymur Yusubov 235 nömrəli tam orta məktəbə direktor vəzifəsini istədiyindən 168 nömrəli məktəbə getməyib. Ona görə də Elnur Bayramovu 168 saylı məktəbə göndəriblər. Qazi anası Elza Cəfərovanın vəzifəsindən əsassız olaraq çıxarılmasına səbəb isə 235 nömrəli tam orta məktəbə direktor olmaq istəyən bu qruplaşma üzvlərinin mübarizəsi olub.

Vəzifəsindən əsassız olaraq çıxarılmış Elza Cəfərovanın verdiyi məlumata görə qruplaşmanın başında məktəbin direktor müavini olmuş Humay Paşayeva durur. Məktəbdən korrupsiya əməllərinə görə işdən çıxarılmış, keçmiş təsərrüfat işləri üzrə direktor müavini Şahnazın bacısı qızı, tarix müəllimi Təranə Əliyeva fəallardan biridir. Fəallardan ədəbiyyat məllimi Türkan Şirinova, ibtidai sinif müəllimi Şəhla İsmayılova, onun həyat yoldaşı, texniki işçi Akif İsmayılov, diplomu olmayan psixoloq Vüsalə, Mina Vəliyeva, və digər müəllimlər Ülkər, Türkan,  Nailə, Telli, Sevinc, Şəhla və hətta 231 saylı məktəbin Həmkarlar Təşkilatının sədri İlhamə Ağayeva məktəbin texniki işçisi Akif İsmayılovun yaxınlıqdakı həyətində yığışaraq sosial şəbəkələrdə oğluma və özümə böhtan atmaq üçün müzakirə aparmışlar. Maraqlananda məlum olmuşdur ki, güya BŞTİ-i tərəfindən təşkil edilir.

Elza Cəfərova onu da bildirdi ki, oğlu Əmir Cəfərovun döyüş yoldaşları 19-25 noyabr tarixlərində Elm və Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər. Nazirlik rəsmisi onlara bildirib ki, Pirallahıdakı məktəblərdə yaradılmış qruplaşmadan xəbərləri var və işi araşdırıb gələn həftə onlara cavab verəcəklər. Bakı şəhər Təhsil İdarəsində olarkən Hüquq Şöbəsində çalışan Kamran müəllim döyüşçü deyəndə ağzını yan tərəfə tutub Humay Paşayeva tərəf durdu. Elza müəllimə döyüşçü adına rişxəndlə yanaşan Kamranın barəsində də ölçü götürülməsini istəyir.

Sosial şəbəkələrdə oğlumu təhqir edən, keçdiyi döyüş yolu ilə bağlı qərəzli paylaşımlar edən müəllimlər polis idarəsi tərəfindən çağrılaraq sorğuları götürülür. Mina Vəliyevanın həyat yoldaşı paylaşımın güya onların xəbəri olmadan yayıldığını bildirmişdir. Şəhla İsmayılovanın həyat yoldaşı da həmçinin . Lakin araşdırma aparılır, digər müəllimlər də polisə izahat verdikdən sonra nəticəsi açıqlanacaq.

Sonda qeyd etmək istərdik ki, ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə böyük qayğı və diqqətin göstərildiyini, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşıldığını hər birimiz görürük. Bir sözlə, şəhid ailəsi, müharibə əlili, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızı işğaldan azad edən qazilərin mövqeyi cəmiyyətdə hər zaman öndə tutulur. Bəs görəsən Pirallahıdakı 235 saylı məktəbin bir qrup müəllimi bu ənənəni niyə pozur? Prezidentimizin, Ali Baş Komandanımızın  medalla təltif ediyi qazinin keçdiyi döyüş yolu ilə bağlı qərəzli məlumatlar yayan, şübhə ilə baxan bu şəxslərin məqsədi nədir? Kimlərisə məktəbdə vəzifəyə gətirmək. Çox təəssüf ki, dövlətin təhsil müəssisəsini şəxsi məqsədləri üçün istifadə etmək istəyən bu qrupun əməllərinə Bakı şəhər Təhsil İdarəsinin də, Elm və Təhsil Nazirliyinin də rəsmiləri göz yumur.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password