İsveçin baş naziri Kristersson: Türkiyənin terrora qarşı özünü müdafiə etmək hüququ var
İsveç parlamentində Yaşıllar Partiyasının həmsədri Marta Stenevinin Türkiyənin Suriyanın şimalında başlatdığı “Pəncə-Qılınc Hava Hərəkatı”nın niyə narahatlığa səbəb olduğu və prezident Rəcəb Tayyib Ərdoğanı niyə tənqid etmədiyi sualını cavablandıran Kristersson, “ Türkiyənin terror hücumlarına qarşı özünü müdafiə etmək hüququ var.” deyib.
Bütün tərəfləri sakit olmağa, mülki vətəndaşların və mülki obyektlərin hərbi təhlükəyə məruz qalmamasına çağıran Kristersson qeyd edib:
“Suriyanın şimalında vəziyyət çox mürəkkəbdir, bir tərəfdən terror təşkilatı DEAŞ ilə amansızlıqla mübarizəsi, bir tərəfdən də etiraf etmək lazımdır ki, Türkiyə terror hücumlarına məruz qalan ölkədir. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hər cür terrordan qorunmaq hüququ var. ”
“İsveç terror təşkilatları üçün təhlükəsiz sığınacaq olmamalıdır”.
Dünyanın Türkiyəni anlaması lazım olduğuna işarə edən Kristersson deyib:
“Dünyanın Türkiyəni vuran terror hücumlarının digər ölkələri vuran terror hücumları qədər pis olduğunu qəbul etməsi üçün səbəblər var. İsveçdəki terror və müxtəlif yollarla terrorla əlaqəli fəaliyyətlərdə iştirak edən və maliyyələşdirən insanlar İsveçi deyil, Türkiyəni hədəf alırlar. Biz müəyyən etdik ki, İsveç onlar üçün təhlükəsiz sığınacaq olmamalıdır”.