“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

 

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Tədbirlər Planına əsasən:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.

Gələn il “Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları keçiriləcək.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.

Azərbaycanda “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.

Gələn ilin may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək.

Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password