Bakıdan MESAJ: Azərbaycan İranın belə davranışına sakit tamaşa etməyəcək

 

Prezident İlham Əliyev bu gün keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda İran məktəblərində Azərbaycan dilində tədris məsələsini qaldırdı. Bildirib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur. Dövlət başçısı onu da qeyd etdi ki, məsələni qaldırmasaq, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili, sadəcə məişət səviyyəsində qalır.

İranda yaşayan azsaylı ermənilərin dilində məktəbin olmasına baxmayaraq, 40 milyonluq xalqın dilində bir dənə də olsun təhsil müəssisəsinin fəaliyyət göstərməməsi nədən qaynaqlanır? Bu qısqanc yanaşmanın, ayrı-seçkiliyin kökündə nə dayanır?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, İranın bu yanaşması, bütövlükdə Azərbaycana qarşı qərəzin göstəricisidir:

“Artıq bir neçə dəfədir Prezident İlham Əliyev bu məsələyə toxunur. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı da söylədi ki, Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Prezident onu da əlavə etdi ki, biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik. Bu gün İranda yaşayan azərbaycanlıların hüquqları pozulur. Necə olur ki, İranda yaşayan və sayları 40 milyon olan azərbaycanlılar ana dilində təhsil almaqdam məhrum edilir, amma orada yaşayan azsaylı ermənilərin bütün hüquqları təmin olunur? İranın bu yanaşması anlaşılan və qəbul edilən deyil. Dövlət başçısının da qeyd etdiyi kimi, artıq Azərbaycan bu məsələyə laqeyd və biganə qala bilməz. İran bunu nəzərə almalıdır”.

Millət vəkili bildirib ki, İran soydaşlarımızın öz ana dilində təhsil almasından ehtiyatlanmaq əvəzinə, onların hüquqlarını qorumalı, ayrı-seçkiliyə son qoymalıdır:

“Tehranın bu yanaşması, həm də azərbaycanlılara qarşı qısqanclıq və ədalətsizlikdir. Eyni zamanda, sayı 40 milyon olan azərbaycanlıların təhsil hüququndan, ana dilində oxumasından məhrum edilməsi beynəlxalq hüquqa ziddir. İranın üzərində öhdəlik və vəzifə var ki, bu məsələləri dəqiq və həssas yerinə yetirsin. İranda yaşayan soydaşlarımızın hüquqlarının təmin olunması üçün rəsmi Tehran tam real addımlar atmalıdır. Əgər bunu etmirsə, onda demək ki, İran bu məsələyə qısqanc yanaşır. Azərbaycan isə buna sakit və heç bir reaksiya vermədən tamaşa etmək niyyətində deyil”./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password