Akar generalları toplayıb təlimat verdi – “Hesablaşma vaxtıdır”

 

Türkiyə müdafiə naziri Hulusi Akar Quru Qoşunları Komandanlığının Əməliyyat Mərkəzinə gəlib.

Akar mərkəzdə baş qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı, ordu generalı Musa Avsevər və sərhəd birliklərinin komandirləri ilə videokonfrans keçirib.

Akar bölgədəki son durumla bağlı məlumat alıb və yeni təlimatlar verib.

Müdafiə naziri “Pəncə-Qılınc” əməliyyatının son dövrün ən böyük, ən əhatəli və təsiredici hava əməliyyatı ilə başladığını və uğurla davam etdiyini bildirib.

“Əməliyyat havadan və qurudan cəza atəşləri ilə davam edir. Əməliyyatda indiyədək 471 hədəf atəşə tutulub, 254 terrorçu zərərsizləşdirilib”, – Akar söyləyib.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin (TSQ) əməliyyatlarından sonra terrorçuların köşəyə sıxışdırıldığına diqqət çəkib:

“Terrorçular mülki hədəflərə alçaqcasına hücum etdilər. Ən qısa vaxtda onları susduracağıq. Əvvəllər Kilis, Hatay və Reyhanlıda da eyni şeyi yaşamışıq. Nə vaxt sərhədlərimizin kənarlarını təmizləyirik, bu nöqtəyə gəlib çıxırıq”.

Akar bildirib ki, TSQ-nin terrorla mübarizədə hər uğurlu əməliyyatından sonra olduğu kimi, terror təşkilatı və onun daxildə və xaricdəki dəstəkçiləri dezinformasiya yaymağa çalışırlar:

“Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizədəki uğurlarına böhtanla kölgə salmağa çalışırlar. Bir daha bildirirəm ki, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçular və onlara aid strukturlardır. Bizim heç bir etnik, dini və məzhəbi qrupla, kürd, ərəb qardaşlarımızla problemimiz yoxdur. Yalnız bir hədəfimiz var, o da terrorçulardır. Onlar kimdir? PKK/YPG/PYD, İŞİD – kim olur-olsun.

Terrorçularla hesablaşma vaxtıdır. Türkiyə Silahlı Qüvvələri ilə oyun oynamağın mümkün olmadığını görəcəklər. Şəhidlərimizin, həyatını itirən övladlarımızın, müəllimlərimizin, vətəndaşlarımızın hər damla qanının hesabını tələb edəcəyik”.

Akar həmçinin qeyd edib ki, terrorçuların ədalətə təslim olmaqdan başqa çarələri yoxdur./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password